Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan dövləti öz xalqının haqqını yalnız tələb etmir, onu həm də təmin edir”
Tarix: 27-02-2026 | Saat: 09:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan dövləti öz xalqının haqqını yalnız tələb etmir, onu həm də təmin edir”

“Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan tarixinin yaddaş və ədalət anlayışlarını bir nöqtədə birləşdirən mühüm hadisə kimi dəyərləndirilməlidir. Bu mərasim bir daha göstərdi ki, Xocalı faciəsi Azərbaycan xalqı üçün təkcə keçmişin ağrısı deyil, həm də gələcəyin məsuliyyətidir. Cənab Prezident İlham Əliyevin çıxışı bu məsuliyyətin dövlət səviyyəsində necə dərk edildiyini və hansı ardıcıl siyasi xətt üzərində qurulduğunu aydın şəkildə ortaya qoydu. Çıxışda səsləndirilən fikirlər bir daha bütün dünyaya açıq mesaj olaraq təqdim olundu: Xocalıda baş verənlər sıradan müharibə faciəsi deyil, məqsədli şəkildə həyata keçirilmiş etnik nifrət aktıdır. Günahsız insanların qətlə yetirilməsi, ailələrin məhv edilməsi, uşaqların və qadınların amansızcasına öldürülməsi XX əsrin ən ağır cinayətlərindən biri kimi tarixdə qalacaq. Azərbaycan cəmiyyəti bu vəhşiliyi törədənləri qətiyyətlə pisləyir və bu cinayətin arxasında dayanan Ermənistan dövlətinin məsuliyyətdən yayınmaq cəhdlərini rədd edir. Xocalı həqiqətləri nə qədər ört-basdır edilməyə çalışılsa da, zaman və faktlar həmişə ədalətin tərəfində olub.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili cənab Prezidentin çıxışında Xocalı həqiqətlərinin dünyaya çatdırılması uğrunda aparılan mübarizə ilə bağlı qeyd olunan məqamları xüsusi olaraq diqqət mərkəzinə gətirib: “Dövlət başçısı vurğuladı ki, əgər Azərbaycan dövləti və cəmiyyəti bu məsələdə israrlı olmasaydı, beynəlxalq aləmdə Xocalı faciəsi barədə saxta və təhrif olunmuş təsəvvürlər üstünlük qazana bilərdi. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Fondun başladığı genişmiqyaslı təşəbbüslər sayəsində Xocalı faciəsi beynəlxalq platformalarda gündəmə daşındı, susdurulmuş həqiqətlər danışmağa başladı. Leyla Əliyevanın bu istiqamətdə apardığı sistemli iş, Azərbaycan həqiqətlərinin müxtəlif xalqlara çatdırılmasına mühüm töhfə verdi. Xocalının azad edilməsi, Qarabağda separatizmin kökünün kəsilməsi və hərbi cinayətlərdə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması göstərdi ki, Azərbaycan dövləti öz xalqının haqqını yalnız tələb etmir, onu təmin edir. Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarlığı bu prosesin əsas dayağı oldu. Dövlət başçısının vurğuladığı kimi, ədalətin təmin olunması xalqın birliyi və ordunun gücü hesabına mümkün oldu. Bu gün həmin torpaqda ucalan abidə Xocalı sakinlərinin çəkdiyi iztirabların unudulmadığını, dövlətin bu ağrını paylaşdığını göstərir. Xocalı faciəsi xalqımızın ruhunu sındırmadı, əksinə, onu daha da möhkəmləndirdi. Məhz bu ruh, bu iradə və bu yaddaş sayəsində Xocalı həqiqətləri yaşayır və yaşayacaq” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2026