Xocalı soyqırımı: tarixin qanlı faciəsi
Tarix: 25-02-2026 | Saat: 11:14
Bölmə:Manşet / Siyasət | çapa göndər

Xocalı bir şəhərin qətli, dövlətin sahib çıxa bilmədiyi insanlarının məşəqqət dolu yaşantıları idi. Bu qətliam xalqımızın döyüş əzminin susdurulmasına hesablanmış plan kimi əvvəlcədən hazırlanmışdı və ötən əsrin dəhşətli hadisəsi kimi tarixi utandırdı. İnsanlar qətlə yetirildi, bütöv bir şəhər isə düşmən tərəfindən işğal olundu. Xocalılar qəddarlığa və qeyri-insani rəftara məruz qaldılar. Düşmən yaraqlıları xislətlərinə uyğun insanlıq əleyhinə amansız cinayətlər törədərək misli görünməmiş vəhşiliklər etdilər. Bu soyqırım nəticəsində Xocalıda 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi, meyitlər isə təhqir olundu. Onlar azərbaycanlı olduqları üçün öldürüldülər, məqsəd etnik təmizləmə siyasəti idi. 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin fəal köməkliyi ilə Xocalı şəhəri mühasirəyə alındı və yerlə-yeksan edildi.
Xocalı faciəsinin əsas iştirakçılarından olan sabiq Ermənistan prezidentinin etirafları damarlarda qanı dondurur. Bu insan cəlladının sözlərinə görə, Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, onlarla zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Bu etiraf bir daha göstərir ki, Xocalıda baş verənlər təsadüf sayıla bilməz, bu əvvəlcədən düşünülmüş və məqsədli şəkildə həyata keçirilmiş bir vəhşilik idi.
Xocalıda ermənilər tərəfindən törədilən bu amansız barbarlıq tarixə insanlığa qarşı ağır cinayət kimi həkk olundu. Xocalı soyqırımı planlı şəkildə həyata keçirilmişdi və tarixi torpaqlarımızda ikinci erməni dövləti qurmaq məqsədi daşıyırdı. Lakin düşmən öz hesablamalarında yanıldı. Xalqımız bu ağır faciəni unutmadı, onu qəlbində yaşatdı və ədalətin bərpa olunacağı günü səbirlə gözlədi. Hər kəs əmin idi ki, tökülən qan yerdə qalmayacaq və bir gün yenidən Xocalıya qayıdacağıq.
Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətə başlanıldı. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilən qərara əsasən 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan olundu və bu hadisəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Sonrakı illərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atıldı. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətə hüquqi və siyasi qiymət verilməsi baxımından mühüm rol oynadı. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq, öz ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin olunması uğrunda mübarizəsini qətiyyətlə davam etdirəcək.
Belə də oldu. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Ermənistanın işğalına bütövlükdə son qoyuldu.
Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızda uzun illər davam edən separatizm yuvaları darmadağın edildi, ölkəmizin suverenliyi tam bərpa olundu. Digər yurd yerlərimiz kimi Xocalı da azad olundu və üçrəngli bayrağımız bu torpaqlarda yenidən ucaldıldı.
Xocalı uzun illərin həsrətindən sonra yenidən nəfəs almağa başladı. Qısa müddətdə dağıdılmış şəhər dövlətimizin gücü və iradəsi ilə yenidən ayağa qaldırıldı. Xocalıya qayıdan vətəndaşlarımız əzəli torpaqlarına, xatirələrinə və ümidlərinə nəhayət ki, qovuşdular. Bu gün xocalılar dədə-baba yurdlarında yaradır, təhlükəsiz şəhərdə dalğalanan müqəddəs bayrağımızın sevincini qürurla yaşayırlar. Azərbaycan liderinin qətiyyəti sayəsində o bayrağa bir daha yan baxmağa heç kəs cürət edə, bu torpaqlarda bir daha qara kölgə dolaşa bilməz. Xocalı dünən də bizim idi, bu gün də bizimdir və sabah da bizim olacaq. Bu dirçəliş xalqımızın əyilməz ruhunun və zəfər iradəsinin parlaq təcəssümü kimi şərəf tariximizdir. Lider böyüklüyü ilə xalqın sınan ruhu da belə dirçəldi!
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2026