Xocalı hadisələri: Humanitar fəlakət və hüquqi təqibin zəruriliyi
Tarix: 25-02-2026 | Saat: 11:01
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları fonunda, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş hadisələr beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin, xüsusilə mülki əhalinin qorunması, fərqləndirmə və proporsionallıq prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Çoxsaylı mülki şəxslərin qətlə yetirilməsi, məqsədyönlü zorakılıq aktları və kütləvi məcburi köç faktı beynəlxalq hüquq baxımından ciddi məsuliyyət doğuran əməllər kateqoriyasına daxildir və bu hadisələr üzrə hüquqi qiymətləndirmə və təqib məsələsini qaçılmaz şəkildə gündəmə gətirir.
Həmin hadisələr dövlətlərin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinin nə dərəcədə təmin olunduğunu, müharibə şəraitində belə toxunulmaz sayılan insan ləyaqətinin qorunması prinsipinin praktik tətbiqini və ədalətin bərpası mexanizmlərinin effektivliyini sual altına qoymuşdur. Bu kontekstdə sözügedən faciə təkcə tarixi fakt deyil, həm də hüquqi qiymətləndirmə və məsuliyyət müstəvisində davam edən bir proses kimi nəzərdən keçirilməlidir.
Fəlsəfi baxımdan Xocalı hadisəsi insan təbiətinin iki qütbünü – dağıdıcı və yaradıcı başlanğıcı üz-üzə qoyur. Bir tərəfdə zor və amansızlıq, digər tərəfdə isə yaddaş və mənəvi dirəniş dayanır. Tarix göstərir ki, fiziki məkan dağıdıla bilər, lakin mənəvi yaddaş dağıdılmır, əksinə, o, zaman keçdikcə daha da möhkəmlənir və kollektiv şüurun formalaşmış elementinə çevrilir.
Bu faciə yalnız hüquqi və siyasi məsuliyyət müstəvisində deyil, həm də ədalət anlayışının ontoloji mahiyyəti baxımından fundamental suallar doğurur. Ədalət doğrudanmı yalnız hüquqi kateqoriyadır, yoxsa insan varlığının ayrılmaz şərtidir? Məsələyə sırf normativ çərçivədən yanaşdıqda ədalət qanun, məsuliyyət və sanksiya mexanizmləri ilə məhdudlaşır. Bu yanaşmanın fəlsəfi əsasları hələ Aristotel tərəfindən qoyulmuş, distributiv və korrektiv ədalət anlayışları vasitəsilə ictimai münasibətlərin nizamlanması izah edilmişdir. Müasir dövrdə isə Con Rols (John Rawls) ədaləti cəmiyyətin əsas institutlarının birinci prinsipi kimi müəyyənləşdirərək onu sosial quruluşun legitimliyinin meyarına çevirmişdir.
Lakin ədalətin mahiyyəti yalnız hüquqi mexanizmlərlə izah oluna bilməz. Ontoloji müstəvidə ədalət insanın mənəvi varlığının struktur elementidir. Immanuel Kant insan ləyaqətini ali dəyər kimi təqdim edərək göstərirdi ki, insan heç zaman vasitə ola bilməz, o, yalnız məqsəddir. Bu prinsipin pozulması ədalətin pozulması deməkdir.
Bu baxımdan hər hansı kütləvi zorakılıq və ya sistemli hüquq pozuntusu yalnız konkret bir topluma qarşı törədilmiş akt kimi deyil, həm də insanlığın mənəvi arxitekturasına yönəlmiş zərbə kimi dəyərləndirilməlidir. Çünki ədalət ictimai nizamın hüquqi təminatı olmaqla yanaşı, bəşəri varlığın etik harmoniyasının dayağıdır. Ədalət pozulduqda sarsılan yalnız hüquqi balans deyil, həm də insanın insana olan inamıdır.
Eyni zamanda, bu hadisə yaddaşın fəlsəfəsini də gündəmə gətirir. Unutmaq bəzən psixoloji müdafiə mexanizmi ola bilər, lakin kollektiv səviyyədə unutmaq mənəvi məsuliyyətdən imtina deməkdir. Yadda saxlamaq isə intiqam deyil, ədalət ideyasını yaşatmaqdır. Çünki yaddaş gələcəyə yönəlmiş etik mövqedir. O, keçmişin təkrarlanmaması üçün şüurlu seçimdir.
Bu hadisəyə ilk növbədə siyasi və ya hərbi prizma ilə deyil, insan hüquqları və beynəlxalq humanitar hüquq çərçivəsindən baxmaq vacibdir. Çünki burada söhbət silahlı qüvvələrin qarşıdurmasından deyil, mülki əhalinin – qadınların, uşaqların, yaşlıların həyat və təhlükəsizlik hüququnun pozulmasından gedir.
Humanitar hüququn əsas prinsiplərindən biri məhz mülki şəxslərin qorunmasıdır. Bu prinsip 1949-cu il tarixli Cenevrə Konvensiyası və onların əlavə protokollarında açıq şəkildə təsbit olunub. Mülki əhaliyə qarşı zor tətbiqi, onların həyat və ləyaqətinin hədəfə alınması beynəlxalq hüququn fundamental normalarına ziddir. Faciə nəticəsində həyatını itirən insanların hər biri ayrıca hüquqi subyekt, ayrıca insan taleyidir. Humanitar yanaşma fərdlərin ləyaqətini əsas götürür. İnsan ləyaqəti isə bölünməz və toxunulmaz dəyərdir. Yaralanan və əsir götürülən şəxslərin taleyi də beynəlxalq hüququn qoruma mexanizmləri ilə təmin olunmalıdır.
Faciədən sonrakı illərdə Azərbaycanın qarşısında duran məsələ təkcə siyasi qərar vermək deyildi. Xocalı təkcə keçmişin acı xatirəsi kimi qala bilməzdi. O, yaddaşlarda öz yerini tapmalı, tarixi həqiqət kimi rəsmiləşməli və ədalət tələb edən bir milli mövqeyə çevrilməli idi.
Məhz, bu mərhələdə ümummilli lider Heydər Əliyev həlledici və prinsipial mövqeyini ortaya qoydu. Onun siyasi iradəsi nəticəsində Xocalı hadisələrinə ilk dəfə sistemli və dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı hadisələrini “soyqırım” kimi tanıması təkcə hüquqi akt deyildi, bu, dövlətin öz xalqının ağrısına sahib çıxmasının rəsmi ifadəsi idi.
Ulu öndər Heydər Əliyev Xocalı məsələsini gündəlik siyasi ritorikanın çərçivəsindən çıxararaq milli ideologiyanın və dövlətçilik mövqeyinin ayrılmaz hissəsinə çevirdi. Onun çıxışlarında Xocalı faciəsi yalnız bir müharibə epizodu kimi deyil, insanlığa qarşı törədilmiş ağır cinayət kimi təqdim olunurdu. Bu yanaşma hadisənin beynəlxalq müstəviyə daşınmasının ideoloji və siyasi əsasını formalaşdırdı. Ulu Öndərin təşəbbüsü ilə fevralın 26-nın hər il dövlət səviyyəsində anılması təkcə rəsmi mərasim xarakteri daşımırdı, kollektiv yaddaşın qorunması, şəhidlərin xatirəsinin yaşadılması və eyni zamanda nəsillərə həqiqətin ötürülməsi baxımından strateji əhəmiyyət kəsb edirdi.
Ulu öndərin fəaliyyəti nəticəsində Xocalı dövlətin siyasi mövqeyi ilə müdafiə olunan bir həqiqətə çevrildi. O, bu faciəni tarixin kölgəsində qalan bir hadisə olmaqdan çıxarıb, milli ləyaqət və ədalət prinsipinin rəmzinə yüksəltdi.
Prezident İlham Əliyev bu xətti davam etdirərək Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasını yalnız diplomatik fəaliyyət kimi deyil, mənəvi məsuliyyət kimi təqdim etdi. Onun çıxışlarında bu məsələ siyasi polemika predmeti deyil, tarixi yaddaş və ədalət məsələsi kimi qoyuldu. Beynəlxalq tribunalarda səsləndirilən fikirlər və qəbul edilən qərarlar bir məqamı önə çəkirdi: insanlıq əleyhinə yönəlmiş hər bir əməl zaman keçsə də unudulmamalıdır.
Xocalı ilə bağlı aparılan fəaliyyətin mərkəzində siyasətdən çox insan amili dayanırdı. Burada əsas diqqət statistik göstəricilərə deyil, konkret insan talelərinə yönəlirdi – övladını itirmiş valideyn, ailəsini itirmiş uşaq, yarımçıq qalmış həyat hekayələri. Hüquqi sənədlər və beynəlxalq platformalarda qəbul edilən qətnamələr həmin insanların xatirəsinə və hüquqlarına göstərilən rəsmi ehtiramın ifadəsi kimi təqdim olunurdu.
Cənab Prezident çıxışlarında dəfələrlə vurğulamışdır ki, Xocalı faciəsi təkcə bir xalqa qarşı deyil, ümumilikdə bəşəri dəyərlərə qarşı yönəlmiş cinayətdir. Bu yanaşma məsələyə regional münaqişə prizmasından deyil, qlobal ədalət və beynəlxalq humanitar hüquq müstəvisindən baxmağı zəruri edirdi.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də humanitar və ictimai platformalarda həyata keçirilmişdir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu mühüm rol oynamışdır. Fondun təşkilatçılığı ilə müxtəlif ölkələrdə keçirilən sərgilər, konfranslar, anım tədbirləri və nəşr olunan materiallar Xocalı faciəsinin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edirdi. Bu fəaliyyət Xocalı həqiqətlərini mədəni və humanitar diplomatiya vasitəsilə geniş coğrafiyaya yaymışdır.
Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə mühüm ictimai təşəbbüs kimi tarixə düşdü. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalar, maarifləndirmə tədbirləri və informasiya layihələri xüsusilə, gənclər arasında həqiqətlərin yayılmasına güclü təkan verdi. “Xocalıya ədalət!” çağırışı artıq qlobal ədalət tələbinin simvoluna çevrilmişdir.
Xocalı soyqırımı Azərbaycan xalqının kollektiv yaddaşında sağalmaz bir yara kimi yaşayır. Lakin bu yaddaş təkcə kədər və hüzn deyil, o, həm də milli birlik, siyasi iradə və ədalətə inam deməkdir.
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xətt, Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli diplomatik mübarizəsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası və Leyla xanım Əliyevanın beynəlxalq ictimai platformalarda həyata keçirdiyi təşəbbüslər bir məqsədə yönəlmişdir – tarixi həqiqətin dünya miqyasında tanınması və ədalətin bərqərar olunması. Bu fəaliyyətlər ayrı-ayrı istiqamətlərdə həyata keçirilsə də, əslində vahid bir milli mövqenin və sarsılmaz iradənin ifadəsi idi.
Xocalı xalqımızın ağrısını, yaddaşını və ləyaqətini simvolizə edən, eyni zamanda ədalət tələbini səsləndirən bir tarixi həqiqətdir. Xocalı şəhidlərinin xatirəsi bizim üçün yalnız kədər deyil, həm də məsuliyyətdir. Bu ad hər dəfə çəkiləndə vicdanın, insanlığın və beynəlxalq hüququn daha ədalətli olmasına çağırış edilir.
Azərbaycan dövləti və xalqı bu həqiqəti unutmadı və unutmayacaq. Çünki yaddaş qorunduqca, ədalətə gedən yol da açıq qalır. Xocalının adı gələcək nəsillərə təkcə faciə kimi deyil, eyni zamanda ədalətin zəfərə çevriləcəyi inamı ilə ötürüləcəkdir.
Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2026