Mobil versiya
Zelenski: Ruslar bu müharibədə Amerika tərəfinin səylərini bir daha görməzdən gəldilər
Tarix: 03-02-2026 | Saat: 19:58
Bölmə:Özəl | çapa göndər

Zelenski: Ruslar bu müharibədə Amerika tərəfinin səylərini bir daha görməzdən gəldilər

Ukrayna Devlet Başkanı Zelenskiy, Rusya'nın ülkesinin enerji altyapısına yönelik hava saldırılarıyla bir haftalık "enerji ateşkesi"ni ihlal ettiğini belirterek, "Ruslar bu savaşta bir kez daha Amerikan tarafının çabalarını hiçe saydı." dedi.
Kiyevdə səfərdə olan NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransı zamanı Zelenski Rusiya-Ukrayna münaqişəsindəki son inkişafları qiymətləndirib.
Zelenski Rusiyanın ABŞ prezidenti Donald Trampın təklifi ilə Ukraynanın enerji infrastrukturuna hücumları bir həftə dayandırmaq qərarına gəldiyini bildirib və əlavə edib: "Ruslar bu müharibədə Amerika tərəfinin səylərini bir daha görməzdən gəldilər".

Zelenski sözünə davam edərək deyib: "Bu (enerji atəşkəsi) əslində cümə gecəsi başlayıb və bizim fikrimizcə, ruslar bu gün verdiyi sözə əməl etməyiblər".

O, ABŞ tərəfini Rusiyanın hava hücumları barədə məlumatlandıracaqlarını söyləyib və əlavə edib: "Əgər ABŞ tərəfindən oxşar təkliflər yenidən verilərsə, gərginliyin azaldılması üçün addımları mütləq dəstəkləyəcəyik".


Birgə mətbuat konfransında çıxış edən Zelenski həmçinin ABŞ, Ukrayna və Rusiya arasında yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlara da toxunub.

Zelenski dialoqa hazır olduqlarını və üçtərəfli danışıqlar zamanı "Rusiya tərəfinin hansı güzəştlərə getməyə hazır olduğunu eşitmək istədiklərini" vurğulayaraq əlavə edib: "Düşünürəm ki, danışıqlar qrupumuz dialoq axtarmalı olduğumuzu bilir, amma heç kim təslim olmayacaq".

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026