Mobil versiya
Nintendo, 2025-ci ilin aprel-dekabr ayları arasında 358,8 milyard xalis mənfəət əldə etdi
Tarix: 03-02-2026 | Saat: 19:50
Bölmə:Özəl | çapa göndər

Nintendo, 2025-ci ilin aprel-dekabr ayları arasında 358,8 milyard  xalis mənfəət əldə etdi

Kiotoda yerləşən istehlakçı elektronikası şirkəti Nintendo, 2026-cı ilin aprelində başa çatacaq 2025-ci maliyyə ili üçün yenilənmiş maliyyə nəticələrini açıqladı.

Elanda bildirilir ki, şirkətin xalis mənfəəti 2025-ci ilin aprel-dekabr dövründə əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 51,3 faiz artaraq 358,8 milyard yenə (2,3 milyard dollar) çatıb. Xüsusilə, şirkət doqquz aylıq dövrdə ümumi satış gəlirini 1,91 trilyon yenə (12,2 milyard dollar) çatdırıb.Bəyanatda qeyd olunur ki, balans hesabatlarında gəlirlərin artmasına ötən il satışa çıxarılan "Switch 2" oyun konsoluna olan güclü qlobal tələbat təsir edib.

"Şirkətin ən populyar konsolu" kimi təsvir edilən cihaz həmin dövrdə dünya miqyasında 17,37 milyon ədəd satılıb.

"Mario Kart World" kimi Switch 2 müştəriləri üçün hazırlanmış oyun proqram təminatının satışları doqquz aylıq dövrdə 37,9 milyon ədədi keçib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026