Mobil versiya
“Kəpəz”in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır
Tarix: 03-02-2026 | Saat: 09:19
Bölmə:Ölkə / Karusel | çapa göndər

“Kəpəz”in futbolçusu bıçaqlandı -

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

aia.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur.

“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib:

“Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026