"Qadıncıq" səngəri, ev dustağının "hünəri" və susqun jurnalistlər: Səidə Bəkirqızı nəyi dağıtdı?
Tarix: 02-02-2026 | Saat: 22:18
Bölmə:Manşet / Özəl / Yazar3 | çapa göndər

Azərbaycanın media və ictimai rəy mühiti son günlər sözün əsl mənasında bir ləyaqət və cəsarət sınağından keçir. Jurnalist Səidə Bəkirqızı tərəfindən bəzi məcburi köçkünlərin öz statuslarını ticarət predmetinə çevirməsi və şou-biznesin bataqlığında boğulanların lüt-üryan bayağılığı tənqid olunduqdan sonra, qarşı tərəfin düşdüyü hal acınacaqlı olduğu qədər də rəzildir. Bu məsələdə ortaya çıxan mənzərə sadə bir mübahisə deyil; bu, illərdir toxunulmaz sayılan "müqəddəslik" maskaları arxasında gizlənən çirkinliklərin ifşasıdır.
Bir tərəfdə özünü partiya sədri, ziyalı və Qarabağ davasının carçısı kimi təqdim edən Akif Nağı dayanıb. Bir xanım jurnalisti heç bir fakt və sübut olmadan "erməni agenti" elan edən, onu xüsusi xidmət orqanları tərəfindən "verbovka" olunmaqda ittiham edib hədəfə qoyan bu "həşəmətli" sədr, məsələ məhkəmə müstəvisinə çıxan kimi dərhal "geri ötürmə" taktikasına əl atdı. Özünü dahi dilçi hesab edirmiş kimi, o ağır təhqiri "siz onu erməni qadıncığı kimi oxuyun" deyərək millətin ağlı ilə məsxərə kəsir. Adamdan soruşarlar: bu xalq sən düşündüyün qədər bəsirətsizdirmi ki, işlətdiyin o çirkin ifadənin hansı anlama gəldiyini anlamasın? Bir partiya rəhbəri kimi öz nitqinə, etikasına və daşıdığı məsuliyyətə fikir verməli olan şəxs, indi hərflərin arxasında gizlənib özünə sığınacaq axtarır. Səidə Bəkirqızının "yetər bu ad altında alver etdiyiniz" harayı əslində minlərlə insanın ürəyindən xəbər verir. Məcburi köçkün adı altında öz evini özünə satanların, statusu alver predmetinə çevirənlərin ifşası nə vaxtdan "erməni tapşırıqlı" iş olub? Bu həqiqəti heç bir "qadıncıq" manevri və saxta vətənpərvərlik libası ört-basdır edə bilməz.
Reallıq budur ki, Akif Nağı çoxdandır gündəmə gələ bilmir. Çünki Qarabağ çoxdan azad edilib və onun illərdir üzərində xal topladığı mövzu artıq bitib. İndi bir qeyrətli, vicdanlı və həqiqəti deməkdən çəkinməyən Azərbaycan xanımını təhqir etməklə gündəmdə qalmağa çalışması sadəcə təəssüf doğurur. Şəxsən mən bu ritorikanı bir partiya sədrinə heç cür yaraşdırmıram. O özü də çox yaxşı bilir ki, Səidə xanımın dedikləri acı həqiqətdir. 30 il evində yaşadığı, çörəyini kəsdiyi insana öz evini pulla satmağı təklif edəcək qədər mürvətini itirənləri Akif Nağı da bilir, mən də bilirəm, bütün cəmiyyət də! Təəssüf ki, Akif Nağı təhqiri seçməklə özü ilə Rəqsanə arasında heç bir fərq qoymadı, eyni cəbhədə yer aldı. Partiyasının üzv sayı 3-5 nəfəri keçməyən birinin, cəmiyyətdə sözü keçən bir xanım jurnalistlə mübarizədə bu qədər kiçilməsi onun siyasi karyerasının intiharıdır.
Digər cəbhədə isə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, yəni xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan müğənni Rəqsanə İsmayılovanın "hünəri" boy göstərir. Yarım milyon dollardan artıq vəsaitin mənimsənilməsində təqsirləndirilən, hazırda ev dustağı olan birinin ayıbına kor olmaq əvəzinə, ona irad bildirən jurnalistin ailəsinə və mərhum atasına dil uzatması mənəvi iflasın son nöqtəsidir. Ev dustağı ola-ola bu qədər "diliuzunluq" edən bu xanım, azadlıqda olsaydı yəqin ki, Səidə xanımın üzərinə fiziki hücum çəkməkdən də çəkinməzdi. Bataqlığa çevrilmiş şou-biznesin bu nümayəndələrinin mentalitetə zidd hərəkətləri ilə efir vasitəsilə evlərimizə soxulması ağlı başında olan hər kəsi qıcıqlandırır. Akif Nağının belə bir fiqurla eyni "səngərdə" hədəf seçməsi isə onun illərdir iddia etdiyi bütün dəyərləri bir anda sıfırladı.
Lakin bütün bu proseslərdə ən acınacaqlısı bəzi həmkarlarımızın — "müxbirlərin" mövqeyidir. Şou-biznesin bu çirkinliyinə və Akif Nağının küçə ritorikasına səssiz qalıb, hətta Səidəni qınaq obyektinə çevirənlərə baxanda insan ağlayacağını, yoxsa güləcəyini bilmir. Öz həmkarının haqlı və cəsarətli çıxışını müdafiə etmək əvəzinə, dələduzluq ittihamları ilə boğuşanlarla və siyasi etikadan xəbərsizlərlə bir cəbhədə durmaq jurnalistikaya xəyanətdir.
Akif Nağının məhkəmə qorxusu ilə etdiyi bu "linqvistik manevr" əslində onun xarakterinin güzgüsüdür. Özünü "milli lider" kimi sırımağa çalışan birinin, bir xanım jurnalist qarşısında bu qədər tez ağ bayraq qaldırması və öz təhqirini sığortalamağa çalışması rəzalətdir. Bu, sadəcə bir jurnalistə deyil, onun rəhbərlik etdiyini iddia etdiyi o kiçik quruma və siyasi etikaya atılan ən böyük ləkədir. Qorxaqlıq və riyakarlıq heç vaxt "siyasi strategiya" ola bilməz. Bizə susan ikiüzlülər yox, təhqirlərə rəğmən həqiqəti hayqıran Səidə Bəkirqızı kimi dürüst qələm sahibləri lazımdır.

Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2026