Mobil versiya
Gəncədə quyuda baş verən partlayışın ilkin səbəbi - YENİLƏNİB
Tarix: 02-02-2026 | Saat: 17:35
Bölmə:Ölkə | çapa göndər

Gəncədə quyuda baş verən partlayışın ilkin səbəbi -

Gəncədə quyu qazılan zaman qeydə alınan partlayışın bəzi təfərrüatları məlum olub.

aia.az Teleqraf-a istinadən xəbər verir ki, Məhsəti qəsəbəsində baş hadisə zamanı həmin şəxslər fərdi evlərdən birində kanalizasiya quyusu qazırlarmış.

Qazıntı işləri aparılan ərazidən qaz xətti keçib.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

***

17:03

Gəncədə quyu qazılan zaman partlayış baş verib.

aia.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan şəxslər fəhlələrdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026