Ana Sayfa > Ölkə / Karusel > “Kəpəz”in futbolçusu bıçaqlandı -
“Kəpəz”in futbolçusu bıçaqlandı -Bu gün, 09:19. Yazar: sevinc1 |
![]() Gəncədə bıçaqlanma hadisəsi baş verib. aia.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. “Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib: “Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |