Mobil versiya
Azərbaycanda 5 nəfər vəkillikdən uzaqlaşdırıldı
Tarix: 19-01-2026 | Saat: 10:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda 5 nəfər vəkillikdən uzaqlaşdırıldı

Ötən il 5 vəkil kollegiyadan xaric edilib, 10-nun fəaliyyəti müəyyən müddətə dayandırılıb.

aia.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, 2024-cü ildə daxil olmuş və baxılmış 16, 2024-cü ildə daxil olmuş və 2025-ci ildə baxılmış 35, 2025-ci ildə daxil olmuş və baxılmış 118 intizam işi üzrə Vəkillərin İntizam Komissiyasının qəbul etdiyi müvafiq rəylər (habelə icraata xitamla bağlı arayışlar) əsasında VK Rəyasət Heyəti tərəfindən ümumilikdə 169 qərar qəbil edilib.

Onlardan intizam tənbehi tətbiq edilmədən qanunvericiliyin tələblərinə riayət etməni diqqətə çatdırma 36 (21 %), xəbərdarlıq etmə 4 (2 %), irad tutma 18 (11 %), töhmət vermə 21 (12 %), cərimə 2 (1 %), vəkillik fəaliyyətini müəyyən müddətə dayandırma 10 (6 %), Kollegiya üzvlüyündən xaric etmə (vəkil sayına görə) 5 (3 %), pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və sair əsaslarla intizam icraatına xitam vermə 40 (24 %), habelə qiymət verilməsinin mümkün olmaması 33-dür (20 %).

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026