Mobil versiya
Polşa Kəhrəba Otağının axtarışında mümkün irəliləyişləri açıqlayıb
Tarix: 16-01-2026 | Saat: 20:31
Bölmə:Özəl | çapa göndər

Polşa Kəhrəba Otağının axtarışında mümkün irəliləyişləri açıqlayıb

RİA Novosti RMF FM-ə istinadən xəbər verir ki, Polşa "Kəhrəba Otağı"nın axtarışında irəliləyiş əldə edilə biləcəyini açıqlayıb.Polşalı tədqiqatçı Yan Delingovskinin sözlərinə görə, axtarışlar Dzemiany kəndi ətrafında aparılan son qazıntılar nəticəsində irəliləyə bilər. Qazıntı sahələrindən birində avadanlıqlar bunkerin bir hissəsi ola biləcək basdırılmış beton konstruksiya ilə qarşılaşıb.

Mənbə bildirib ki, "Şəxsi tarixi tədqiqatçı və keçmiş tacir dənizçisi Yan Delingovski Polşanın Dzemiany kəndi yaxınlığında aparılan son kəşfiyyat işlərinin nəticələrini bildirib. Təxminən dörd metr dərinlikdə qazma işləri apararkən xüsusi avadanlıqlar tədqiqatçının fikrincə, II Dünya Müharibəsindən qalma hərbi bunkerin damı olan beton konstruksiya ilə qarşılaşıb".
Tədqiqatçılar artıq bunkerin içərisinə videokameralar və mini-detektor yerləşdiriblər. Nəticələr metal parçalarının olduğunu ortaya çıxarıb.

"Tədqiqatçı bu kəşfi Waffen SS bölmələrinə məxsus hərbi anbarlara dair arxiv istinadları ilə əlaqələndirir. Delingovski oğurlanmış xəzinənin bir hissəsinin - müharibə zamanı Köniqsberqdən (indiki Kalininqrad) götürülmüş Kəhrəba Otağının - burada yerləşə biləcəyi ehtimalını istisna etməyib", - deyə nəşr əlavə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2026