Mobil versiya
İranın keçmiş prezidenti Xatəmi: Sanksiyalar və struktur problemləri etirazları alovlandırdı
Tarix: 16-01-2026 | Saat: 18:57
Bölmə:Özəl | çapa göndər

İranın keçmiş prezidenti Xatəmi: Sanksiyalar və struktur problemləri etirazları alovlandırdı

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkəsinə tətbiq edilən iqtisadi sanksiyaların, dövlət siyasətinin və struktur problemlərinin etirazların artmasına səbəb olduğunu bildirib.
Tasnim Xəbər Agentliyi Xatəminin etirazlarla bağlı qiymətləndirmələrini özündə əks etdirən bir bəyanatını dərc edib.

Bəyanatda Xatəmi bildirib ki, "Xarici sanksiyalar, mövcud siyasət və struktur problemləri etirazların artmasında təsirli olub". Siyasi səhvlərin müəyyən edilib düzəldilməli olduğunu bildirən islahatçı siyasətçi Hatəmi, cəmiyyətin və sosial dəyərlərin qütbləşməsinə yol verilməməli olduğunu vurğuladı.

İsrail rəsmilərinin açıqlamalarının və ABŞ-ın dəstəyinin İrana qarşı böyük və planlaşdırılmış bir sui-qəsdin mövcudluğuna şübhə yeri qoymadığına diqqət çəkən Hatəmi qeyd etdi:

"Unudulmuş respublikaçılıq anlayışına və respublikaçılığı qəbul edən İslam anlayışına qayıtmaq mövcud vəziyyətdən ən ucuz və ən faydalı çıxış yolu olacaq."
İranda 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında tacirlərin rəhbərliyi ilə başlayan etirazlar, yerli valyutanın xarici valyutaya qarşı sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkə miqyasında yayıldı.

8 yanvarda paytaxt Tehranda baş verən etirazlar zamanı şiddətlənən toqquşmalardan sonra hökumət internetə çıxışı bağladı.

İran hakimiyyəti hələlik ölən və ya yaralananların ümumi sayı ilə bağlı açıqlama verməsə də, ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) etirazlar zamanı 2677 nəfərin öldüyünü və 19097 nəfərin saxlanıldığını bildirdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2026