Eltun Süleymanov: "Şəhərin taleyi sudan keçir-Bakı və Abşeron üçün qəti qərar"
Tarix: 13-01-2026 | Saat: 11:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

2026–2035-ci illəri əhatə edən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunmuş müşavirə bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev üçün infrastruktur sadəcə texniki məsələ deyil, milli təhlükəsizliyin, sosial rifahın və dayanıqlı inkişafın əsas sütunlarından biridir. Dövlət başçısının çıxışı yalnız konkret bir proqramın təqdimatı yox, son 20 ilin inkişaf fəlsəfəsinin ümumiləşdirilmiş siyasi hesabatı və eyni zamanda gələcək onilliyin yol xəritəsi idi.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, cənab Prezident İlham Əliyev çıxışının əvvəlində xüsusilə vurğuladı ki, son 20 il ərzində həyata keçirilmiş regional inkişaf proqramları Azərbaycanın əsas infrastruktur problemlərini köklü şəkildə həll edib. Elektrik enerjisi, qazlaşma, yollar, su təchizatı – bütün bu sahələr vahid sistem kimi qurulub. Bu, təsadüfi deyil. Çünki dövlət başçısının idarəçilik modelində ayrı-ayrı layihələr yox, inteqrasiya olunmuş sistemlər əsasdır. Enerji sahəsində idxalçı ölkədən ixracatçıya çevrilmiş Azərbaycanın təcrübəsi cənab Prezidentin çıxışında xüsusi vurğulanır. Bir vaxtlar elektrik və qaz qıtlığı yaşayan ölkənin bu gün 10 min meqavata yaxın generasiya gücünə malik olması və enerji ixracı barədə danışması göstərir ki, strateji planlama zamanla milli gücə çevrilir. Bu paralel təsadüfi deyil. Cənab Prezident bu nümunə ilə su sektorunda da eyni transformasiyanın mümkün və zəruri olduğunu mesaj verir. Cənab Prezident İlham Əliyevin çıxışında su məsələsi təkcə sosial rahatlıq kontekstində deyil, geosiyasi və təhlükəsizlik prizmasında təqdim olunur. Xüsusilə vurğulanır ki, Azərbaycanın su mənbələrinin əhəmiyyətli hissəsi uzun illər işğal altında olmuş ərazilərdə formalaşırdı. Bu fakt təkcə ekoloji yox, həm də siyasi asılılıq yaradırdı. “Sərsəng” və “Suqovuşan” su anbarları ilə bağlı səsləndirilən fikirlər Ermənistanın həyata keçirdiyi su terrorunun açıq siyasi etirafıdır. Cənab Prezidentin bu mövzunu bir daha gündəmə gətirməsi təsadüfi deyil. Bu, həm beynəlxalq ictimaiyyətə mesajdır, həm də azad edilmiş ərazilərdə görülən işlərin əhəmiyyətini göstərir. Bu gün həmin anbarların bərpası təkcə texniki nailiyyət yox, suverenliyin real nəticəsidir. Cənab Prezident İlham Əliyevin çıxışında mühüm məqamlardan biri də iqlim dəyişikliyi fonunda su təhlükəsizliyinə yanaşmadır. Dövlət başçısı açıq şəkildə bildirir ki, əgər son 20 ildə vaxtında su anbarları, kanallar, təmizləyici qurğular tikilməsəydi, bu gün Azərbaycan ciddi böhranla üz-üzə qala bilərdi. Bu yanaşma Prezidentin idarəçilik fəlsəfəsinin əsas xüsusiyyətini göstərir. Problemləri baş verdikdən sonra deyil, baş verməmişdən əvvəl həll etmək lazımdır. Yeni Dövlət Proqramı da məhz bu məntiq üzərində qurulub. Beləki əhali artımı, sənayeləşmə, kənd təsərrüfatının genişlənməsi nəzərə alınaraq gələcək tələbat indidən hesablanır. Cənab Prezident İlham Əliyev açıq etiraf edir ki, Bakı və Abşeron yarımadasının su problemləri uzun illər ciddi problem olaraq qalır. Bu səmimiyyət və reallıqla üzləşmə dövlət başçısının üslubunun mühüm cəhətidir. Görülən işlər danılmır, lakin kifayət hesab edilmir. Məhz buna görə 2035-ci ilə qədər nəzərdə tutulan genişmiqyaslı proqram qəbul olunur. Proqramın əsas hədəfləri konkret rəqəmlərlə ifadə edilir. Fasiləsiz içməli su ilə təminat 70 faizdən 95 faizə, kanalizasiya xidməti 50 faizdən 95 faizə, su itkiləri 40–45 faizdən kəskin aşağı səviyyəyə endiriləcək, 30-a yaxın yeni su anbarı tikiləcək, yüzlərlə kilometr magistral və paylayıcı şəbəkə qurulacaq. Bu rəqəmlər göstərir ki, söhbət lokal tədbirlərdən yox, urbanizasiya və həyat keyfiyyətinin köklü dəyişməsindən gedir.
Leysan yağışları zamanı Bakının iflic olması problemi cənab Prezident tərəfindən açıq şəkildə dilə gətirilir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, dövlət başçısı problemi dramatikləşdirmir, lakin zəif cəhətləri də gizlətmir. 30 küçədə yeni kollektor şəbəkəsinin qurulması, dənizə axıdılan suların 100 faiz təmizlənməsi, Hövsan stansiyasının modernləşdirilməsi ekoloji təhlükəsizliklə şəhər rahatlığının vəhdətini təmin etməyə yönəlib. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də su sektorunda rəqəmsal idarəetmənin tətbiqi və ölkədə ilk dəfə duzsuzlaşdırma zavodunun inşasıdır. Xəzər dənizinin su potensialından istifadə etməklə Abşeron yarımadasının su təhlükəsizliyini artırmaq ideyası Azərbaycanın texnoloji cəsarətinin və gələcəyə baxışının göstəricisidir. Bu layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi isə bir daha sübut edir ki, Azərbaycan etibarlı tərəfdaş və maliyyə baxımından güclü dövlətdir. Dövlətimizin başçısı proqramın icrasında nəzarət mexanizmlərinə xüsusi yer ayırır. Hökumət, Prezident Administrasiyası və ictimai nəzarətin paralel şəkildə işləməsi tələbi göstərir ki, bu proqram sadəcə icra sənədi deyil, ictimai müqavilə xarakteri daşıyır. Mətbuatın rolunun vurğulanması isə şəffaflıq və hesabatlılıq prinsipinin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu təsdiqləyir. Yanvarın 12-də keçirilmiş müşavirə bir daha sübut etdi ki, cənab Prezident İlham Əliyev su məsələsinə texniki problem kimi deyil, milli təhlükəsizlik, sosial rifah və dövlətin gələcək dayanıqlığı prizmasından yanaşır. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakının və Abşeronun həyat keyfiyyətini dəyişməklə yanaşı, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm dayaqlarından birinə çevriləcək. Bu çıxış görülən işlərin hesabatı, qarşıdakı hədəflərin dəqiq xəritəsi və ən əsası, məsuliyyətli dövlət idarəçiliyinin siyasi manifestidir-deyə E.Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2026