Mobil versiya
“İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar”
Tarix: 15-12-2025 | Saat: 09:21
Bölmə:Manşet / Ölkə | çapa göndər

“İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar”

"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib.

aia.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ulvira Qarayevanın aparıcısı olduğu "Həftənin qonağı" proqramında iki həyat yoldaşının olduğunu açıqlayıb.

"Bir dəfə yeməyə gedəndə bir qadından xoşum gəldi. Elə orada getdim, salamlaşdım. Dedim, mən bu qadını alacağam. Ara qarışdı, durub getdilər. Sonra onun qalınca getdim. Axtardım, tapdım. Öyrəndim ki, "Semoşka"da (KTM) həkim işləyir. Üç ay dalınca gedəndən sonra razılığa gəldik. Getdim atası ilə razılaşmağa. O da dərman atıb razılıq verdi. Onda onun 27, mənim isə 50-dən çox yaşım vardı", - o qeyd edib.

İ.Axundov əlavə edib ki, o qadından bir oğlu var:

"Birinci həyat yoldaşımdan boşanmamışam. İkisi də şah kimi yaşayır. Pul çox şeyi həll edir. İkisi də xoşbəxtdir, deyirlər ki, sənin ayağına dəyən bizim ürəyimizə dəyir. Bu qədər mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026