Mobil versiya
"Son illər ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilib" - Deputat
Tarix: 19-11-2025 | Saat: 17:09
Bölmə:Parlament | çapa göndər

"Son illər ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilib" -

"Büdcə hər bir dövlətin iqtisadi siyasətinin və maliyyə sisteminin təməl sütunlarından biridir. O dövlətin sosial-iqtisadi inkişaf prioritetlərini və strateji məqsədlərini özündə əks etdirir".

aia.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Asif Əsgərov deyib.

Deputat bildirib ki, büdcənin formalaşdırılması prosesi iqtisadiyyatın real vəziyyəti, sosial tələbatlar, regionların inkişaf istiqamətləri və dövlət proqramlarının maliyyələşdirilməsi ilə sıx bağlıdır:

"Son illər ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilib. Bu da öz növbəsində büdcə prosesinin şəffaflığını artırmaqla yanaşı dövlət vəsaitlərinin daha məqsədyönlü və səmərəli istifadəsinə imkan yaradır. Büdcə dövlətin gələcəyi və vətəndaşların sosial təminatı ilə birbaşa əlaqəlidir. Düzgün formalaşdırılmış büdcə ölkənin sabitliyinə, sosial təminatına və uzunmüddətli inkişafına yönəlmiş ən güclü vasitədir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2025