Mobil versiya
Azərbaycan müstəqilliyini daxili resurslarla təmin edib - Deputat
Tarix: 19-11-2025 | Saat: 11:21
Bölmə:Parlament | çapa göndər

Azərbaycan müstəqilliyini daxili resurslarla təmin edib -

Milli Məclisin iclasında deputat Azər Əmiraslanov 2026-cı ilin büdcə zərfi ilə bağlı çıxış edib.

aia.az-ın məlumatına görə, deputat bildirib ki, 2026-cı il büdcə zərfinin tamamlanması “Konstitusiya və Suverenlik ili”nə təsadüf edir.

Onun sözlərinə görə, Azərbaycan bu gün artıq öz suverenliyini sübut etmiş, dövlətçiliyini möhkəmləndirmiş ölkə kimi tanınır.

Əmiraslanov vurğulayıb ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir.

Deputat qeyd edib ki, indiyədək həyata keçirilən siyasət daxili resurslar hesabına icra olunub və Azərbaycan heç bir xarici asılılıq yaşamadan inkişaf yolunu davam etdirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2025