Səttar Möhbalıyev: "Kəlbəcər Zəfərdən dirçəlişə uzanan yolda sürətlə irəliləyir "
Tarix: 19-11-2025 | Saat: 11:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan tarixinin ən uca, ən dərin mənəvi qatlarından biri Kəlbəcərdir. Bu diyar təkcə dağların başında deyil, xalqın yaddaşının, milli kimliyinin zirvəsindədir. Qədim türklərin “çay üstündə qala” adlandırdığı Kəlbəcər bu gün də öz mənası ilə ucalığı, qalalığı və möhkəmliyi təcəssüm etdirir. Tərtər çayının sahillərində sıralanmış qədim mağaralar, minillərin səsini daşıyan qayaüstü təsvirlər, 30 min illik yaşayış izləri bu torpağın bəşər sivilizasiyasına bəxş etdiyi mirasın canlı şahidləridir. Burada tapılmış qədim türk əlifbası nümunələri, atəşpərəstliyin, xristianlığın, İslamın izlərini daşıyan abidələr Kəlbəcərin sanki minillər boyu Azərbaycan tarixinin ensiklopediyasına çevrildiyini göstərir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Kəlbəcər həm də tarixin dağlar üzərindəki yaddaşıdır. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur – 3724 metr hündürlüyündəki Camışdağ və 3616 metrlik Dəlidağ onun təbiətinin əzəmətini göstərir. Meşələr, bulaqlar, çaylar, isti sular – bunlar Kəlbəcərin ruhudur. Qədim çağlardan bu torpaq sanki həm qalxan, həm də beşik rolunu oynayıb: sərhədləri qoruyub, mədəniyyətləri yaşadıb. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər XX əsrin sonuna qədər Azərbaycanın ən abad dağ bölgələrindən biri idi. 53 mindən çox əhalisi ilə kəndlərində həyat qaynayırdı. Lakin 1993-cü il 2 aprel bu tarixi torpağın taleyində faciəvi dönüş nöqtəsi oldu — Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal etdi. İşğal zamanı 511 dinc sakin qətlə yetirildi, yüzlərlə insan əsir və itkin düşdü. 145 kənd, 97 məktəb, onlarla mədəniyyət evi, yüzlərlə yaşayış evi, abidələr, muzeylər – hər biri viran qoyuldu. Ən ağır zərbə isə insanların yaddaşına, kökə vuruldu. Kəlbəcərlilər 27 il doğma dağlarına həsrətlə baxdılar, amma heç vaxt ümidlərini itirmədilər. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsində Kəlbəcərin dərhal azad edilməsi tələb olunsa da, bu sənəd uzun illər kağız üzərində qaldı. Ermənistan işğalı davam etdirdi, üstəlik 1999-cu ildən başlayaraq bölgədə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdi. Beynəlxalq hüququn norma və prinsipləri pozuldu, lakin dünya buna susdu. Bu susqunluq yalnız bir gücə-Azərbaycanın öz ədalətinə və liderinə -inamı möhkəmləndirdi. Vətən müharibəsi Kəlbəcərin taleyini dəyişən tarixi mərhələ oldu. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini məhdudlaşdırdıq və onların Basarkeçər–Kəlbəcər yolundan istifadə imkanlarını tam iflic etdik.” Bu strateji üstünlük qələbəyə aparan yolun əsas mərhələlərindən biri idi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla Kəlbəcər döyüşsüz, lakin böyük siyasi-hərbi təzyiq nəticəsində azad olundu. 25 noyabrda Kəlbəcər yenidən Azərbaycan bayrağı ilə qovuşdu. Lakin işğalçının çıxarkən törətdiyi vəhşiliklər, yandırılmış evlər, dağıdılmış bağlar, viran qoyulmuş kəndlər bu torpağın çəkdiyi ağrının dərinliyini göstərdi. Bu, erməni vandalizminin ən çılpaq siması idi. Amma Azərbaycan bu külün altından dirçəlişin işığını çıxardı.
Millət vəkili deyib ki, Kəlbəcər şəhəri günü – 25 noyabr – bu dirçəlişin, dövlətin qayıdış fəlsəfəsinin simvoluna çevrildi. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən “şəhər günləri” arasında Kəlbəcərin bu tarixdə qeyd olunması həm Zəfərin, həm də yenidənqurmanın təntənəsidir. Bu gün Kəlbəcərdə həyat bərpa olunur. Dövlətimizin Başçısının rəhbərliyi ilə şəhərin baş planı, yaşayış məhəllələri, yeni kəndlər və infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İlk yaşayış məhəlləsi 3,26 hektar ərazidə salınır, burada 460 nəfərin yaşayacağı müasir binalar tikilir. Ətrafında məktəb, yaşıllıqlar, ictimai məkanlar yaradılır. Yanşaq, Zallar, Zar kimi kəndlərdə yüzlərlə fərdi evin, məktəblərin, uşaq bağçalarının inşası planlaşdırılıb. Ümumilikdə minlərlə ailənin doğma yurdlarına qayıdışı üçün şərait yaradılır. 82 kilometrlik Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu bölgənin iqtisadi nəfəsini açan layihələrdən biridir. 25,9 kilometrlik tunellər, körpülər, dağ yolları ilə bu yol sanki Azərbaycanın gələcək inkişaf arteriyasına çevrilir. Enerji sahəsində də Kəlbəcər parlaq bir nümunədir. “AzərEnerji” ASC-nin həyata keçirdiyi layihələr nəticəsində “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Meydan”, “Qamışlı” kimi Kiçik Su Elektrik Stansiyaları yenidən qurulub. Bu stansiyalar həm təbii resursların qorunmasına, həm də yaşıl enerjiyə keçid strategiyasına xidmət edir. Cənab Prezident İlham Əliyevin Kəlbəcərə etdiyi səfərlər isə sadəcə baxış və açılış mərasimləri deyil, qayıdış konsepsiyasının mərhələli həyata keçirilməsidir. 16 avqust 2021 – Ömər aşırımı, “Kəlbəcər-1” KSES, yarımstansiya və Kəlbəcər-Laçın yolu tunellərinin təməlləri qoyuldu. Dövlət bayrağı Kəlbəcərdə ucaldıldı. 26 iyun 2022 – “İstisu” zavodunun, “Zəfər muzeyi”nin, “Rəqəmsal İdarəetmə Mərkəzi”nin təməlləri qoyuldu. 27 may 2023 – Yanşaq və Zallar kəndlərinin, Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsinin, hərbi hospitalın təməlləri atıldı. 25 avqust 2023 – “Soyuqbulaq” və “Çıraq-2” stansiyalarının açılışı, Zar kəndinin təməli, “İstisu” Müalicə-İstirahət Kompleksinin bərpası başladı. 2 sentyabr 2024 – “Yuxarı Vəng” SES, “İstisu” zavodu, “Zar” KSES və “İstisu” qəsəbəsinin təməlqoyma mərasimləri – dirçəlişin növbəti mərhələsi həyata keçirildi. Bu səfərlər, əslində, Azərbaycanın postmüharibə bərpası modelinin real tətbiqidir. Kəlbəcər ekoloji, turistik, enerji və hərbi baxımdan strateji bölgə kimi bu modelin əsas dayağına çevrilib.
Kəlbəcər bu gün təkcə bir şəhər, bir rayon deyil – Zəfərin təcəssümü, dövlət siyasətinin sınaq meydanı, millətin qürur simvoludur. 27 il öncə işğal edilən bu torpaq indi Azərbaycan bayrağının, cənab Prezidentin imzasının, xalqın iradəsinin təntənəsidir. Bu dirçəliş cənab Prezident İlham Əliyevin uzaqgörən sözlərində ən gözəl ifadəsini tapır: “Biz azad etdiyimiz torpaqlarda həyat qururuq. Bu torpaqlara yenidən nəfəs veririk və bu nəfəs Azərbaycan xalqının ruhudur.” 25 noyabr – Kəlbəcər şəhəri günü artıq təkcə bir tarix deyil, millətin əzmini, iradəsini və gələcəyə inamını simvolizə edən gün kimi Azərbaycan salnaməsinə yazılıb-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2025
10:08 Ronaldo Ağ Evdə