Mobil versiya
Ərdoğan: Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi
Tarix: 18-11-2025 | Saat: 09:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan:

Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"Qonşu ölkələr təyyarə qəzası ilə bağlı bütün məsələlərdə əməkdaşlıq etdilər. Qısa müddətdə təyyarədə həlak olan şəxsi heyətin nəşləri və avialaynerin "qara qutusu" tapıldı", - o bildirib.

Ərdoğan əlavə edib ki, "qara qutu"nun təhlilindən sonra hadisənin səbəbi müəyyənləşəcək.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2025