“Azərbaycan-Özbəkistan münasibətləri Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqələrin dərinləşməsində vacib rol oynayır” - DEPUTAT
Tarix: 18-11-2025 | Saat: 10:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan və Özbəkistan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Ötən il ölkələrimizin rəsmən müttəfiq olması Cənubi Qafqazla Mərkəzi Asiya regionlarında yeni və təhlükəsiz əməkdaşlıq mühitinin yaranmasına təkan oldu. Belə ki, diplomatik münasibətlərin ali səviyyəsi hesab olunan müttəfiqlik ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır. Dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlamasına təkan olur. Həmçinin 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır.
Prezident İlham Əliyev Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibədə də qeyd etdi ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, regionumuzda baş verən müsbət proseslər Bakı ilə Daşkənd arasında səmərəli əməkdaşlıqdan aslılıdr. Nəzərə alsaq ki, Azərbaycan kimi Özbəkistan da təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrilib. Bu mənada Bakı ilə Daşkəndin timsalında güclərin birləşməsi Mərkəzi Asiya və Cənubi Qafqazın beynəlxalq proseslərdə iştirakçılığnı artıracaq.
Özbəkistan həm də işğaldan azad olunmuş ərazilərin bərpasında fəal iştirak edir. Füzulidə hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi, həmçinin Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasında qardaş Özbəkistanın iştirakı xalqlarımızın dostluğunun daha bir rəmzidir.
Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun kapitalını artırmağı da qarşıya hədəf qoyub. Tərəflər ikitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artırmaq niyyətindədir.
Prezident İlham Əliyevin Özbəkistana səfəri, Mərkəzi Asiya Dövlət başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı, ölkəmizin yeni əməkdaşlıq formatına tamhüquqlu üzv qəbul olunması münasibətləri daha da dərinləşdirəcək. Belə ki, Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması həmrəyliyi gücləndirərək, qarşılıqlı fayda gətirəcək və hər iki region bundan yararlanacaq. Orta Asiya ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, “Mərkəzi Asiya+” formatı bu regionun beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
Təsadüfi deyil ki, son üç ildə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə 14 dəfə səfər edib, sözügedən region ölkələrinin dövlət başçıları isə Azərbaycana 23 dəfə səfər ediblər.
Azərbaycanın siyasi və iqtisadi gücü, qlobal aktor kimi artan rolu Cənubi Qafqazla Mərkzi Asiya regionu arasında münasibətlərin dərinləşməsinə zəmin yaradır. Hər zaman Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əlaqələrə malik olan ölkəmiz artıq bu regionun bütün müzakirələrində tamhüquqlu üzv kimi təmsil olunacaq. Məlum olduğu kimi, son vaxtlar Mərkəzi Asiya və Cənubi Qazfqaz regionu xüsusi diqqət mərkəzindədir. Hər iki regionun əlverişli coğrafi mövqeyi, burada mövcud olan təbii resurslar, həmçinin yeni yaradılan strateji nəqliyyat infrastrukturu qarşılıqlı əməkdaşlığın dərinləşməsini şərtləndirir. Yeni reallıqlar fonunda region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Xüsusilə ABŞ və Avropa İttifaqının Mərkzi Asiyaya xüsusi diqqət yetirdyini görürük. Bir müddət əvvəl Səmərqənddə Aİ-Mərkəzi Asiya müzakirələri keçirildi, bu günlərdə isə region ölkələrinin dövlət başçıları ABŞ-yə dəvət olundu. Bu vaxta qədər mineral resurslar, energetika və nəqliyyat sahəsində ümumilikdə 17 milyard dollarlıq saziş imzalanıb.
Mərkəzi Asiyanın malik olduğu iqtisadi potensial, xüsusilə Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin işə düşməsi isə bütün tərəflər üçün yeni imkanlar açacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2025