Mobil versiya
Goranboy rayonunun Börü kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib -Foto
Tarix: 07-11-2025 | Saat: 13:04
Bölmə:Özəl | çapa göndər

Goranboy rayonunun Börü kəndində   Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib

Goranboy rayonunda, “Konstitusiya və Suverənlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısının Börü kənd İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan bu tədbirdə, Vətən müharibəsində qazanılan Qələbəyə dərin hörmət ifadə edilib.

Qeyd edək ki, ağacəkmə kampaniyası yalnız ekoloji bir addım deyil, həm də şəhidlərimizin xatirəsinə və qazilərimizin cəsarətinə bir ehtiram əlamətidir. Torpağa basdırılan hər bir fidan, müqəddəs Vətən uğrunda mübarizənin nəticəsi kimi, gələcəyə atılan ümidli addımların rəmzidir. Bu cür tədbirlər həm yerli əhalinin vətənpərvər ruhunu gücləndirir, həm də cəmiyyətdə birlik və həmrəylik mühiti formalaşdırır.
Əkilən hər bir ağac Zəfərimizin əbədi yaşayacağının rəmzi olaraq, milli dəyərlərə, dövlətçiliyə və suverenliyə ehtiramın göstəricisidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025