Azərbaycan və Qazaxıstanın strateji müttəfiqliyi regional təhlükəsizliyin təminatında həlledici rol oynayır
Tarix: 22-10-2025 | Saat: 11:27
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan icması
İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində, oktyabrın 21-də Prezident Kasım-Jomart Tokayevlə geniş tərkibdə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev öz bəyanatında iki qardaş ölkə arasındakı münasibətlərin dərin köklərini, beynəlxalq əməkdaşlığı və regionun nəqliyyat-logistika potensialının inkişafı ilə bağlı mühüm layihələri önə çəkib.
Ölkəmizin başçısı Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda baş verən müsbət dəyişiklikləri, inkişafı əyani şəkildə gördüyünü, modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı üzrə həyata keçirilən islahatların ölkənin inkişaf yolunda inamla irəlilədiyini nümayiş etdirdiyini qeyd edib. Həmçinin, Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmləndiyini və onun bütün dünyada etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Dövlət başçısı qardaş Qazaxıstanın Azərbaycana dəstəyini xüsusi minnətdarlıqla qeyd edib: "Xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik." O, işğal dövründə Qazaxıstanın bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəklədiyini və sülh prosesinə kömək etdiyini bildirib. Prezident Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin avqustun 8-də Vaşinqtonda paraflanmasından sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ilkin dəstəyini yüksək qiymətləndirib. O, Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində də bu razılaşmaların Cənubi Qafqaza və nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsirini müzakirə etdiklərini söyləyib. Bu kontekstdə, Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırmasını mühüm addım adlandırıb. Prezidentin sözlərinə görə, ilk belə tranzit Qazaxıstanın Ermənistana göndərdiyi taxıl yükü olub ki, bu da sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir.
Cənab Prezident İlham Əliyev ölkələrimizi ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq və qardaşlığın birləşdirdiyini vurğulayıb. Son üç ildə ondan çox qarşılıqlı səfərin münasibətlərin intensivliyini nümayiş etdirdiyini bildirərək, hər bir görüşün və müzakirənin konkret nəticəyə yönəldiyini qeyd edib. Ali Dövlətlərarası Şuranın ikinci iclasında əldə olunan nəticələrin ölkələrin, xalqların və qonşuların xeyrinə olduğunu dilə gətirib. O, fəal qarşılıqlı fəaliyyətin çox ciddi geosiyasi əhəmiyyətə malik olduğunu, yeni nəqliyyat yolları açıldıqca Cənubi Qafqaz və Mərkəzi Asiyanın daha çox bir-birinə bağlandığını və vahid coğrafi məkan çərçivəsində çıxış etdiyini vurğulayıb. Ölkələrin beynəlxalq təşkilatlar, o cümlədən BMT və türk dövlətləri Sammitləri çərçivəsində bir-birini dəstəkləməsi yaxınlığın göstəricisidir. Gələn il Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Qazaxıstanın təşəbbüsü ilə strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitlərinə Prezident Tokayevin fəxri qonaq kimi dəvət olunacağını bildirib.
Dövlətimizin başçısı Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu xüsusi minnətdarlıqla qeyd edib. Prezidentlə Füzulidə açılışını etdikləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini təkcə təhsil ocağı deyil, həm də qardaşlığın və dostluğun rəmzi adlandırıb.
Bəyanatda Orta Dəhliz layihəsinin reallaşdırılması ilə yanaşı, Zəngəzur dəhlizi layihəsinin də böyük potensiala malik olduğu qeyd edilib.
Cənab Prezident İlham Əliyev Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlərin gələn ilin ortalarında başa çatdırılacağını bildirərək, digər ölkələrin ərazisində də işlərin analoji sürətlə aparılacağı təqdirdə Zəngəzur dəhlizinin açılışının 2028-ci ilin sonuna qədər baş verə biləcəyini proqnozlaşdırıb. Həmçinin, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyəti olan TRIPP (The Trump route for international peace and prosperity) layihəsinin Orta Dəhlizin daha bir marşrutunu açaraq, Zəngəzurdan 15 milyon ton yük dövriyyəsi potensialı ilə yüklərin həcmini artıracağını bildirib.
Astana sammitinin yekunları bir daha təsdiqləyir ki, Azərbaycan və Qazaxıstanın strateji müttəfiqliyi təkcə ikitərəfli əlaqələr üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün iqtisadi inkişaf, nəqliyyat bağlantıları və regional təhlükəsizliyin təminatında həlledici rol oynayır. Hər iki dövlət başçısının iradəsi ilə müəyyən edilən bu yeni müttəfiqlik mərhələsi regionda yeni əməkdaşlıq üfüqlərini açır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2025