Mobil versiya
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Tarix: 10-09-2025 | Saat: 10:59
Bölmə:Manşet / Ölkə | çapa göndər

14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı -

Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

aia.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.

O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə "Həri” məclisinin olduğunu deyib.

İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2025