Mobil versiya
Asəf Salmanov: Azərbaycan sabitləşdirici, sülhsevər bir dövlətdir
Tarix: 01-09-2025 | Saat: 11:19
Bölmə:Siyasət | çapa göndər

Asəf Salmanov: Azərbaycan sabitləşdirici, sülhsevər bir dövlətdir

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev özünün genişmiqyaslı fəaliyyəti ilə dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən Dünya Liderdir! Dövlət Başçımız beynəlxalq miqyasda ən ali kürsülərdə, nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrində milli maraqlarımızı layiqincə təmsil edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu gün Azərbaycan əhalisi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür. Qeyd edək ki, Azərbaycan ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq İlham Əliyev cənablarının çox yüksək səviyyəli, qətiyyətli və uğurlu rəhbərliyi altında dünyada nüfuzlu, qüdrətli bir dövlətə çevrilib.

ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmadan bir neçə gün sonra Prezidentimiz cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi. Avqustun 26-da adı çəkilən telekanalda yayımlanan müsahibədə Dövlətimizin Başçısı Ermənistanla münasibətlərinə, beynəlxalq sülh təşəbbüslərinə, Zəngəzur dəhlizi layihəsinə, regional əməkdaşlığa, Azərbaycanın Şərq ilə Qərb arasındakı roluna və bir sıra vacib məqamlara toxundu .

Prezidentimiz cənab İlham Əliyev qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi. Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü. Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və gördüyümüz kimi, mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik. Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalının müxbirinin sülh haqqında, Minsk qrupunun ləğvi, Zəngəzur dəhlizinin reallaşması, Moskva ilə diplomatik münasibətlər, Yaxın Şərq ilə İsrail arasında vasitəçilik mövqeyi , Yaxın Şərq ilə İsrail arasında vasitəçilik rolu , Avropa və Şərq ölkələrinə nəql edilən Azərbaycanın təbii qazı ilə əlaqədar, Azərbaycanın Cənubi Qafqaz regionunda əhəmiyyəti barədə, Türkdilli dövlətlər arasında Azərbaycanın mühüm rolu haqqında verdiyi sualları əsaslı dəlillərlə, tutarlı faktlarla cavablandırdı.

Dövlət Başçımızın bu müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq arenada sabitləşdirici, sülhsevər bir dövlətdir. Məqsəd ondan ibarətdir ki, nəinki bölgədə, bütün dünyada münaqişələrə, müharibələrə son qoyulsun, hər yerdə davamlı sülh və əmin-amanlıq bərqərar edilsin.

Asəf Salmanov
YAP Qazax rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-09-2025