Mobil versiya
Qadın Gücü: Qadın Sahibkarlığa Yaşıl İşıq” Forumu Gəncədə keçirildi -Fotolar
Tarix: 22-08-2025 | Saat: 15:22
Bölmə:Manşet / Özəl | çapa göndər

Qadın Gücü: Qadın Sahibkarlığa Yaşıl İşıq” Forumu Gəncədə keçirildi

22 avqust 2025-ci il tarixdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Gəncə Şəhər İcra Hakimiyyəti və tərəfdaş qurumların dəstəyi ilə Məşəti Gəncəvi Mərkəzində “Qadın Gücü: Qadın Sahibkarlığa Yaşıl İşıq” adlı forum keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkar qadınlar, ictimai təşkilatların rəhbərləri, media nümayəndələri və gənclər iştirak ediblər.

aia.az xəbər verir ki, forum iştirakçıların Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarəti ilə başlayıb.

Rəsmi açılışda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qadın sahibkarlığının sosial-iqtisadi inkişafda rolunu vurğulayaraq qeyd edib ki, onların biznes fəaliyyətinə yaradılan imkanlar bölgənin inkişafına da mühüm töhfə verir. AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva isə qadın sahibkarların potensialının reallaşdırılmasının Assosiasiyanın əsas prioritetlərindən biri olduğunu bildirib.

Forum çərçivəsində keçirilən müzakirələrdə qadınların bir-birinə dəstək göstərməsinin əhəmiyyəti, həmrəyliyin qadın sahibkarlığının inkişafında açar rol oynaması xüsusi vurğulanıb. Vyana Şokolad evinin təsisçisi Pərvana İsgəndərova qeyd edib ki, qadın sahibkarların gücü həmrəyliyindədir və qadın qadına dəstək olduqda inkişaf daha da sürətlənir. AQSİA Tovuz nümayəndəliyinin rəhbəri Taliya Mənsimova region qadınlarının sahibkarlığa böyük maraq göstərdiyini, onların istiqamətləndirilməsi və dəstəklənməsinin vacibliyini bildirib. Leyla Medical Center-in direktoru Sevda Cəfərova isə qadının sahibkarlıqda qazandığı uğurun həm ailəsinə, həm də cəmiyyətə fayda gətirdiyini vurğulayıb.

Digər müzakirələrdə qadın sahibkarların məşğulluq imkanlarının artırılması, dövlət dəstəyi və biznes mühitində yeni perspektivlər mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional filialının müdiri Elməddin Qurbanov qadınların məşğulluğu və sahibkarlıq fəaliyyətinə dəstəyin dövlət proqramlarının prioritet istiqaməti olduğunu bildirib. Gəncə KOB Dostu Anar Əliyev isə qadın sahibkarların biznes mühitində öz yerini tapması üçün mövcud mexanizmlərin geniş tətbiq olunmasının vacibliyini qeyd edib.

Forum qadın sahibkarların uğur hekayələrinin paylaşılması, onların bir-birini dəstəkləməsi, dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Tədbir iştirakçılar tərəfindən qadın sahibkarlığının gələcək inkişafına mühüm töhfə kimi qiymətləndirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-08-2025