Manaf Manafov: "Laçın şəhər gününün qeyd olunması xalqımızın Laçın uğrunda mübarizəsini, şəhidlərimizin fədakarlığını və dövlətimizin güclü iradəsini təcəssüm etdirir"
Tarix: 22-08-2025 | Saat: 11:46
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“1992-ci ilin mayında Laçının işğalı təkcə ərazi itkisi deyil, eyni zamanda Azərbaycanın gələcək faciələrinin başlanğıcı oldu. Şuşa və Laçının ard-arda işğalı Ermənistanla Qarabağ separatçıları arasında quru əlaqəsi yaratdı və müharibənin gedişində tarazlığı ciddi şəkildə dəyişdirdi.”
Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
Manaf Manafov bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Laçın rayonunun 70 mindən artıq sakini doğma yurd-yuvasından didərgin düşdü. 300-dən çox hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. İşğal illərində 200-dən artıq təhsil və səhiyyə müəssisəsi, yüzlərlə mədəniyyət obyekti, tarixi abidələr vandalizmə məruz qaldı. Ən acınacaqlısı isə odur ki, işğalçılar Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq bölgənin demoqrafik tərkibini süni şəkildə dəyişdirməyə çalışdılar, qeyri-qanuni məskunlaşma siyasəti apardılar, təbii resursları talan etdilər. Bu, təkcə Azərbaycanın deyil, beynəlxalq hüququn da açıq şəkildə tapdanması idi.”
Daha sonra 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsindən söhbət açan Manaf Manafov deyib: “Tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsi ilə 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.”
Laçının yeni inkişaf dövrünə başladığından bəhs edən Manaf Manafov deyib: “Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı bir sıra obyektlərin açılışını həyata keçirib, həmçinin rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.
Manaf Manafov bildirb ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilmiş Laçın şəhəri günü hər il 26 avqustda qeyd olunur. Bu günün qeyd olunması xalqımızın Laçın uğrunda mübarizəsini, şəhidlərimizin fədakarlığını və dövlətimizin güclü iradəsini təcəssüm etdirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-08-2025
21-08-2025