Laçın milli qürurun və azadlıq iradəsinin simvoludur
Tarix: 22-08-2025 | Saat: 11:01
Bölmə:Siyasət | çapa göndər

26 avqust Laçın şəhəri üçün xüsusi gündür. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.Bu gün təkcə şəhərin bərpasını simvolizə etmir, eyni zamanda Azərbaycanın xalqının, onun Lideri cənab İlham Əliyevin milli iradəsinin və böyük Qayıdışın təntənəsidir.
1992-ci ildə Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal etdi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adlar dəyişdirildi. Rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini aparıldı və demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər törədildi.
Rayonun tarixi abidələri, məktəbləri, xəstəxanaları talan edildi.
Lakin Azərbaycan xalqının azadlıq eşqi, Vətən məhbbəti, Müzəffər Ali baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, qəhrəman ordumuzun gücü hər şeyi yoluna qoydu. Bütün Qarabağ və Şərqi Zəngəzur, o cümlədən laçın işğaldan azad edildi və Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
İndi isə Laçın nəhəng tikinti meydanını xatırladır.
Laçının enerji potensialı genişmiqyaslı layihələrin həyata keçirilməsinə imkan vermişdir. Ümumi gücü 65,5 MVt olan 9 su elektrik stansiyasının enerji müstəqilliyini təmin edir. Güləbird, Ağbulaq, Mişni, Alxaslı, Zabux, Qarıqışlaq, Aşağı Malıbəyli və Mirik SES-ləri həm yaşıl enerji istehsalını artırır, həm də ekoloji balansın qorunmasına xidmət edir. 202-ci ildə istifadəyə verilmiş Güləbird SES rayon hissəsinin elektrik tələbatını təmin etməkdə mühüm rol oynayır.
75,8 kilometr uzunluğunda Kəlbəcər-Laçın avtomobil yolunun tikilməsi, 17 tunel və 23 körpünün inşası ərazinin logistika imkanlarını genişləndirmiş, nəqliyyat bağlılığını gücləndirmişdir. 28 may 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir və bu da gələcəkdə turizmin inkişafına və regionun təhlükəsizliyinə mühüm töhfə verəcəkdir. Hava limanı 3 min metr uzunluğunda-enmə zolağı 200 uçuşa xidmət göstərə bilən terminal ilə təchiz olunub.
Laçında 1000-dən çox fərdi və çoxmənzilli ev, müasir məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və turizm obyektləri tikilib və bərpa olunur. Memorial Park və İşğal-Zəfər muzeyləri şəhərin tarixini yaşatmaqla, turizm potensialını da artırır. “Laçın” İstirahət Kompleksi 324 nəfər qonaq turist qəbul edə bilər və regionda bu sektorun inkişafına töhfədir.
Mebel və prefabrik ev istehsalı, heyvandarlıq, arıçılıq, heyvandarlıq, həmçinin “Laçın Aqro-Sənaye Parkı”ndakı müəssisələr iqtisadi canlanmanı təmin edir. “PIRSHAGHI” ayaqqabı fabriki prefabrik ev istehsal zavodu, yerli fabrik mebelləri üçün iş və gəlir əldə etmək üçün əlavə, zonanın sənaye potensialını gücləndirir.
Sus kəndi məktəb yenidən tikilərək istifadəyə verilmiş, uşaq bağçası, istirahət parkları tikilmişdir. Bəylik kəndində çoxlu obyektlər və günəş panelləri ilə təchiz edilmiş evlər tikilmişdir. Bu layihələr yerli əhalinin məşğulluğunu təmin edir və rifahı yüksəldir.
Bütün bu layihələr Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirir. Ölkə başçısının işğaldan azad edilmiş rayonlara xüsusi diqqət və qayğısı, insanların əlbir olaraq yurdda məskunlaşma siyasətinə dəstəyi gösətrir ki, Azərbaycan xalqı və onun rəhbəri bu torpağın əsil sahibidirlər. Bu tarixən belə olub və belə də olacaqdır. Laçın artıq Azərbaycanın gələcək inkişaf strategiyasının parlaq nümunəsidir, milli qürurun və azadlıq iradəsinin simvoludurş
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-08-2025
21-08-2025