Portuqaliya və İspaniya meşə yanğınları ilə mübarizə aparır
Tarix: 30-07-2025 | Saat: 20:06
Bölmə:Özəl | çapa göndər

Portuqaliya və İspaniya yüksək temperatur və güclü külək nəticəsində yaranan çoxsaylı meşə yanğınları ilə mübarizəni davam etdirir.
Portuqaliyanın şimal və mərkəzi bölgələrində çoxsaylı meşə yanğınları davam etdiyi üçün ölkə yüksək hazırlıq vəziyyətinə gətirilib.
Dünya meşələri yanğın təhlükəsi altındadır
Avropa günlərdir davam edən meşə yanğınları ilə mübarizə aparır
“El Confidencial” qəzetinin məlumatına görə, Milli Mülki Müdafiə Agentliyi bu il 132 bildirişlə ən yüksək yanğın siqnallarına çatıldığını açıqlayıb.
Təxminən 2700 yanğınsöndürən, 29 təyyarənin dəstəyi ilə yanğınları nəzarət altına almaq üçün çalışır.
Yanğınlarla əlaqədar bəzi ərazilərdə təxliyyə aparılıb, xəsarət alanlar olub. 14-ü yanğınsöndürən olmaqla 20 nəfərə yanğınsöndürmə qrupları tərəfindən tibbi yardım göstərilib.
Ən ciddi yanğınlar Arouca, Penafiel, Ponte de Lima, Penamacor və Ponte da Barca bölgələrində baş verib. Səlahiyyətlilər bildiriblər ki, yüksək temperatur və güclü külək səbəbindən əvvəllər məhdudlaşdırılmış bəzi yanğınlar yenidən alovlanıb.
Portuqaliyanın Baş naziri Luis Monteneqro Milli Mülki Müdafiə Agentliyinin qərargahında deyib: "Çətin bir dövrdən keçirik, lakin bütün cavab sistemimiz mümkün qədər tez işə salınmağa çalışır."
Portuqaliya Dəniz və Atmosfer İnstitutu (IPMA) bildirib ki, ölkə daxilində yanğınların baş vermə riski “ən yüksək” və ya “çox yüksək”dir.
Portuqaliya Meşə Təsərrüfatı İnstitutunun açıqladığı müvəqqəti məlumatlara görə, yanvar ayından bəri ölkədə 22 min hektardan çox ərazi yanıb.
İspaniya
Bu həftə temperaturun 40 dərəcə Selsiyə çatacağı gözlənilən İspaniyanın səlahiyyətliləri də yanğın təhlükəsi xəbərdarlığı edib.
Castilla y Leon regional hökuməti bildirib ki, küləklər yanğının hər iki cinahını yenidən alovlandırır və yanğının qarşısını almaq üçün səyləri çətinləşdirir.
Bu gün səhər saatlarından etibarən qruplar 161 əsgər və 59 maşınla yanğınla mübarizəni davam etdirir. Yanğının yayılmasının monitorinqi və cavab tədbirlərinin istiqamətləndirilməsi üçün hava dəstəyi də verilir.
Caceres bölgəsində baş verən yanğında bir neçə kənddən 200-ə yaxın insan təxliyə edilib, 180 nəfər yanğını söndürmək üçün çalışır.
Bu arada, ötən gecə Lleyda əyalətinin Fulleda kəndində baş verən meşə yanğını təxminən 13,5 hektar ərazini yandırdıqdan sonra nəzarət altına alınıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-07-2025