Mobil versiya
Trampın nümayəndəsi Vitkoff İsrailə gedəcəyini bildirilir-SƏBƏB
Tarix: 30-07-2025 | Saat: 19:33
Bölmə:Özəl | çapa göndər

Trampın nümayəndəsi Vitkoff İsrailə gedəcəyini bildirilir-SƏBƏB
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun İsrailin intensiv hücumları və blokadası səbəbindən böyük humanitar fəlakətin yaşandığı Qəzzada vəziyyəti müzakirə etmək üçün İsrailə səfər edəcəyi bildirilir.
Amerikanın Axios saytının iki yüksək rütbəli məmura istinadən verdiyi xəbərə görə, Witkoffun bu gün İsrailə uçması gözlənilir.

Witkoffun aylar sonra İsrailə səfər edəcəyinə diqqət çəkən xəbərdə, səfərin Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasına dair danışıqların çıxılmaz vəziyyətə düşdüyü və İsrailin humanitar yardıma məhdudiyyətlər qoyması nəticəsində yaranan humanitar fəlakətin ən pis nöqtəsinə çatdığı bir vaxtda baş tutacağı ifadə edildi.

Vitkoffun İsrailin baş naziri Benyamin Netanyahu və digər İsrail rəsmiləri ilə sabahkı görüşlərində Qəzzadakı humanitar vəziyyəti və mümkün həll yollarını müzakirə edəcəyi bildirilib.

Məlumata görə, ABŞ rəsmisi Vitkoffun Qəzzaya da səfər edə biləcəyini və Qəzza Humanitar Fondunun (GHF) yardım mərkəzlərini ziyarət edə biləcəyini təklif edib.

ABŞ prezidenti Trampın Qəzzadakı vəziyyətlə bağlı ətraflı məlumat istəməsinə görə, ABŞ rəsmiləri, "Prezident Qəzzada mülki insanlara daha çox yardım çatdırmağın yollarını tapmaq üçün Qəzzada humanitar vəziyyət haqqında daha çox öyrənmək istəyir" dedi.

Qəzza "aclıqdan" ölür
İsrailin hücumları və humanitar yardımı məhdudlaşdıran sıx mühasirə altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena ləvazimatlarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.

Son 24 saatda biri uşaq olmaqla, daha 7 fələstinlinin aclıqdan öldüyü bildirilən Qəzza zolağında aclıqdan ölüm halları, xüsusilə də uşaqlar arasında artmaqdadır.

Yerli və beynəlxalq dairələr İsrailin “aclıq və susuzluqdan silah kimi” istifadə etdiyini bildirirlər.

Mülki infrastrukturu da dağıdan və Qəzzanın 88 faizini məhv edən İsrail ordusu sığındıqları ərazilərdə deportasiya əmrləri ilə didərgin düşmüş fələstinliləri tez-tez hədəfə alır.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrailin hücumları və deportasiya əmrləri nəticəsində didərgin düşənlərin sayının 2 milyona çatdığı, bir çoxunun isə dəfələrlə köçkün düşdüyü bildirilir.

Əsas ləvazimatlardan məhrum olan fələstinlilər müvəqqəti çadırlarda və ya gigiyena ləvazimatlarının çatışmadığı, lavaboların qeyri-kafi olduğu və yoluxucu xəstəliklərin tüğyan etdiyi həddindən artıq dolu məktəblərdə sağ qalmaq üçün mübarizə aparır.

İsrail ordusu isə hər gün hücumlar təşkil edir, köçkünlərin sığındığı çadırları və mülki yaşayış məntəqələrini bombalayır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-07-2025