Mobil versiya
AzQAC "İstidən qorunun – sağlam qalın!" adlı maarifləndirici tədbir keçirib -Fotolar
Tarix: 30-07-2025 | Saat: 11:39
Bölmə:Gündəm | çapa göndər

AzQAC "İstidən qorunun – sağlam qalın!" adlı maarifləndirici tədbir keçirib

2025-ci il iyul ayının 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Şüvəlan qəsəbəsində "İstidən qorunun – sağlam qalın!" adlı maarifləndirici kampaniya həyata keçirib. Bu təşəbbüsün əsas məqsədi əhalinin istilərlə bağlı risklərdən xəbərdar olması və özlərini qorumaq üçün vaxtında tədbir görməsidir.
Son illərdə iqlim dəyişiklikləri və yay aylarında artan temperatur nəticəsində isti hava dalğaları insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu xüsusilə yaşlı insanlar, uşaqlar, xroniki xəstəliyi olan şəxslər və açıq havada çalışanlar üçün daha böyük risklər deməkdir və əlavə təhlükə yarada bilər.

Tədbir Şüvəlan bələdiyyəsinin dəstəyi və AzQAC-ın Nizami, Pirallahı, Sabunçu, Xəzər və Suraxanı rayon bölmələrinin işçi heyyəti və könüllülərinin fəal iştirakı ilə həyata keçirilib. Onlar əhaliyə mövzu ilə bağlı 350 flayer və su paylayaraq, aşağıda qeyd olunan tövsiyyələri bölüşüblər.

- Günəşin altında uzun müddət qalmayın;
- Bol maye qəbul edin, qazlı və spirtli içkilərdən uzaq durun;
- Geyiminizə diqqət yetirin – açıq rəngli, nazik və nəfəsalan parçaları seçin;
- Özünüzlə su və günəşdən qoruyucu vasitələr gəzdirməyi unutmayın;
- Uşaqları və yaşlıları avtomobildə tək buraxmayın — bu, ölümcül ola bilər;
- Başgicəllənmə, halsızlıq, ürəkbulanma və qızdırma hiss etdikdə dərhal həkimə müraciət edin;
- Əgər özünüzü pis hiss edirsinizsə və ya kiminsə köməyə ehtiyacı olduğunu görürsünüzsə — 103 təcili yardım xəttinə zəng edin.

Tədbir zamanı bir daha da xatırladılmışdır ki, istidə sağlam qalmaq hər bir kəsin məsuliyyətidir və özlərini, yaxınlarını qorumaq üçün lazımi tədbirlər görülməlidir. Belə kiçik addımlar böyük fəsadların qarşısını ala bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-07-2025