Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
Tarix: 30-07-2025 | Saat: 18:59
Bölmə:Siyasət | çapa göndər

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün sadəcə bir tarix deyil. Bu gün bizim hafizəmizdə, ruhumuzda, qəlbimizdə əbədi yaşamalı olan ana dilinə ehtiramın, milli varlığımıza hörmətin təntənəsidir. Dilimiz millətimizin tarixində ən müqəddəs dəyərdir. Bu dəyəri zamanın tozu örtə bilmir, əsrlərin sükutu susdura bilmir. O dəyərlər millətin ruhunu, nəfəsini, kimliyini yaşadır. Bizim üçün o dəyərin ən müqəddəsi, ən əzizi ana dilimizdir, Azərbaycan dilidir. Dil həm də xalqın qəlbindən gələn poeziyadır. Azərbaycan dilinin ahəngi, melodiyası, lirik cazibəsi onu sıradan bir ünsiyyət vasitəsindən çox-çox ucalara aparır. Ulu Öndər Heydər Əliyevin o dərin məzmunlu kəlmələrində olduğu kimi: “Bizim Azərbaycan dili şeir dilidir.” Həqiqətən də, bu dilin səsində sazın, muğamın, dədələrin qoşmasının, aşıqların dastanının nəfəsi var. Bu dilin sözündə babalarımızın hikməti, analarımızın duası, uşaqlarımızın gülüşü var. Elə buna görə də tarixin sərt sınaqlarında ucalan ana dilimiz hər birimizin milli kimliyidir. XX əsrin ikinci yarısında, xüsusilə də 70-ci illərin ortalarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması prosesi güclənmişdi. Azərbaycan dili üçün süni maneələr yaradılır, xalqın öz kökünə qayıdış arzusu boğulmağa çalışılırdı. Elə bir dövrdə, milli ruhu, milli şüuru gücləndirmək böyük cəsarət tələb edirdi. Amma Ulu Öndər Heydər Əliyev öz qətiyyətli mövqeyi ilə sübut etdi ki, ana dilinə sahib çıxmaq xalqın kimliyinə sahib çıxmaqdır. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi Ulu Öndərin qətiyyətli mövqeyinin nəticəsi idi. O deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır. Biz dilimizlə fəxr etməliyik.” Bu sözlər təkcə siyasi bəyanat deyildi. Milli dirənişin, gələcək nəsillərə ünvanlanmış bir vəsiyyət idi. Müstəqillik dövründə isə dilimizin hüquqi zəfərini yaşadıq. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan dili dövlətçilik rəmzinə çevrildi. 1995-ci ildə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi. Bu, yalnız hüquqi akt deyil, milli qürurun, tarixi ədalətin təntənəsi idi. Ulu Öndərin təşəbbüsü ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001-ci il) fərman, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001-ci il) fərman və digər mühüm qərarlar qəbul olundu. Bu qərarlar dilimizi qorumaqla yanaşı, həm də onu cəmiyyətin bütün sahələrində hakim mövqeyə gətirdi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.” Cənab Prezident İlham Əliyevin dil siyasəti: davamlı inkişaf və qoruma xətti bir daha Ulu öndərin yoluna sadiqliyin təsdiqidir. Bu gün də cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu ardıcıllıqla davam etdirir. Onun imzaladığı sərəncamlar və fərmanlar dilimizin müasir dövrün tələblərinə uyğun inkişafını təmin edir. 2004-cü il – Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam, Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında sərəncam, 2007-ci il – dünya ədəbiyyatının klassiklərinin Azərbaycan dilində nəşri haqqında sərəncam, 2013-cü il – “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı”, 2018-ci il – “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında” fərman, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilə xidmətin ən uca zirvəsidir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.” “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” “Azərbaycan dilinin qorunması hər kəsin borcudur.” Dilimizin sehrindəki ruh da çox güclüdür. Azərbaycan dili yalnız nitq vasitəsi deyil. Bu, bir dünyadır. Bu dünyada muğamın kövrək sədası, aşığın sazı, Nizaminin, Füzulinin, Cəlil Məmmədquluzadənin söz dəryası var. Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur.” Bu dilin qüdrəti sayəsində bir xalq bütün çətin dövrləri, sürgünləri, işğalları, təzyiqləri dəf edərək öz varlığını qorudu. Bu gün qloballaşmanın meydan oxumasına cavabımız da aydındır. Bu gün texnologiyaların, sosial şəbəkələrin, yeni ifadələrin həyatımıza daxil olduğu bir dövrdə ana dilimizin saflığını qorumaq hər zamankindən daha aktualdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Biz Azərbaycan dilinin saflığını, zənginliyini, gözəlliyini qoruyub saxlamalıyıq. Bu, bizim müqəddəs borcumuzdur.” Bu borc yalnız dövlətin deyil, hər birimizin vicdan borcudur. Çünki dilimizi yaşatmaq, tariximizi, mədəniyyətimizi, milli ruhumuzu yaşatmaq deməkdir. Dil millətin ruhu, kimliyi, sabahıdır. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə düşünəndə bir daha aydın olur ki, dilimiz təkcə dünənimiz deyil, sabahımızın da səsidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir.” Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.” Gələcəyimizi qorumaq, varlığımızı yaşatmaq üçün ən güclü silahımız məhz ana dilimizdir. Çünki dil sadəcə sözlərin toplusu deyil, bir xalqın qəlbinin döyüntüsüdür, tarixdən gələn səsi və sabaha gedən izidir.
Arif Fərzəliyev ,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-07-2025