Mobil versiya
“Baku Electronics”in fəaliyyətində qanunsuzluqlar aşkarlandı
Tarix: 28-07-2025 | Saat: 17:44
Bölmə:Ölkə | çapa göndər

“Baku Electronics”in fəaliyyətində qanunsuzluqlar aşkarlandı

“Baku Electronics” MMC-nin pozuntulara yol verdiyi aşkarlanıb.

2025-ci ildə daxil olan müraciət əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Baku Electronics” MMC-nin satdığı “YOSHIRO” markalı televizorlarla bağlı araşdırma aparıb.

Şikayətdə qeyd olunurdu ki, bu məhsulların satışı zamanı rəqabət qaydalarına zidd hallar ola bilər.
Araşdırma nəticəsində məlum olub ki, satış prosesi ilə bağlı bəzi hallarda rəqabət qanunvericiliyinin pozulması əlamətləri mövcuddur.

Qiymətləndirmələrdən sonra Agentlik bu məsələ üzrə daha dərindən baxılması üçün rəqabət qanunvericiliyinin pozulması barədə işin qaldırılması və bu məqsədlə xüsusi rəqabət komissiyasının yaradılması barədə qərar verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-07-2025