Mobil versiya
Amerikalıların Epstein işinə münasibəti məlum olub
Tarix: 25-07-2025 | Saat: 17:10
Bölmə:Özəl | çapa göndər

Amerikalıların Epstein işinə münasibəti məlum olub
YouGov sorğusuna əsasən, amerikalıların 50%-dən çoxu hesab edir ki, uşaq cinsi alverində ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı bir sıra sənədlər ABŞ prezidenti Donald Trampın adı çəkildiyi üçün hələ də açıqlanmayıb.
Sorğuda 4833 amerikalı böyük iştirak edib. Onların 53%-i əmindir ki, məhz Trampa görə iş sənədləri hələ dərc olunmayıb. Respondentlərin 21%-i bu fikirlə razılaşmır. Respondentlərin 25%-i isə əmin deyil ki, Ağ Ev rəhbərinin adının çəkilməsi nəşrdən imtinanın əsas səbəbidir.

Eyni zamanda, tədqiqat iştirakçılarının 61%-i iş sənədlərində Trampın adının keçdiyinə əmindir. Respondentlərin daha 45%-i mərhum maliyyəçinin iddia edilən cinayətlərində Amerika prezidentinin əli olduğuna inanır.

Epstein seks alverində və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə ittiham olunurdu. O, 2019-cu ilin iyulunda həbs edilib, avqustda isə həbsxana kamerasında ölü tapılıb. Elə həmin il maliyyəçinin ölümü ilə əlaqədar işə xitam verildi.

2025-ci ilin iyununda ABŞ prezidenti ilə qalmaqal fonunda milyarder İlon Mask X sosial şəbəkəsində prezident Trampın Cefri Epşteynin cinayət işinin materiallarında guya yer aldığını yazıb. Lakin sonradan yazı silinib. Trampın özü iyulun 16-da Epşteynlə mümkün əlaqələrinə dair iddiaların “yeni demokrat fırıldağı” olduğunu söylədi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2025