Mobil versiya
Ankarada son bir həftədə müxtəlif cinayətlərə görə axtarışda olan 844 nəfər tutulub
Tarix: 25-07-2025 | Saat: 15:31
Bölmə:Özəl | çapa göndər

Ankarada son bir həftədə müxtəlif cinayətlərə görə axtarışda olan 844 nəfər tutulub
Ankarada polis və jandarma əməliyyatları nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 844 nəfər yaxalanıb.
Qubernatorluqdan verilən məlumata görə, Polis İdarəsi və Jandarma Komandanlığı müxtəlif cinayətlərə görə axtarışda olan şəxslərin tutulması üçün iyulun 18-dən 24-dək şəhər daxilində əməliyyat keçirib.

Əməliyyatlar zamanı 20 il və daha çox müddətə azadlıqdan məhrum edilən 6 nəfər, 10 il və daha çox müddətə azadlıqdan məhrum edilən 22 nəfər, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilən 42 nəfər, 5 ilədək müddətə azadlıqdan məhrum edilən 327 nəfər, ifadələri üçün axtarışda olan 447 nəfər olmaqla 844 nəfər tutulub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2025