Mobil versiya
İyulun 22-də Peloponnes yarımadasında baş verən yanğın nəticəsində 12 min hektar şam meşəsi yanıb
Tarix: 24-07-2025 | Saat: 15:04
Bölmə:Özəl | çapa göndər

İyulun 22-də Peloponnes yarımadasında baş verən yanğın nəticəsində 12 min hektar şam meşəsi yanıb
Yunanıstanın Peloponnes yarımadasında iyulun 22-də baş verən meşə yanğınında təxminən 12 min hektar şam meşəsinin yanıb.

Ölkənin “in.gr1” xəbər portalına danışan Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Yunanıstandakı nümayəndəsi Nikos Yeorgiadis Peloponnes adasındakı Korintiya adasının Feneo bölgəsində baş verən yanğını “bu yayın ən dağıdıcı yanğını” kimi qiymətləndirib.


Bakirə şam meşəsinin yandırıldığını qeyd edən Yeorgiadis bu yanğının ölkənin təbii mühiti üçün əhəmiyyətli itki olduğunu bildirib.

Yunanıstan Meteorologiya Xidmətinin peyk məlumatlarına görə, bölgədəki təxminən 12.000 hektar bakirə şam meşəsi külə dönüb.

Yanğın nəticəsində ərazidəki 25 ev və kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Mülki Müdafiə Baş Katibliyi ölkədə həftə boyu davam edən səhra istiləri ilə əlaqədar yanğın riskinin yüksək olduğunu qeyd edərək insanları yanğına səbəb ola biləcək fəaliyyətlərdən çəkinməyə çağırıb.

İyulun 22-də Peloponnes yarımadasındakı Korintiya əyalətinin Feneo bölgəsində meşəlik ərazidə yanğın baş verib. Yanğın kənd təsərrüfatı sahələrinə də ziyan vurub, ehtiyat tədbiri olaraq bir çox kəndlər boşaldılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2025