Mobil versiya
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda yerli sakinləri qəbul edib  -Fotolar
Tarix: 24-07-2025 | Saat: 12:21
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda yerli sakinləri qəbul edib 

Milli Məclisin deputatı Novruzəli Aslanov 24 iyul 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb.

aia.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Diyallı kəndində baş tutub. 
       
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.
       
Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Diyallı kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2025