Mobil versiya
"Bütün suallara cavablar veriləcək" - Kremldən Bakıya reaksiya
Tarix: 01-07-2025 | Saat: 14:41
Bölmə:Karusel / Dünya | çapa göndər

"Bütün suallara cavablar veriləcək" -

"Moskva Azərbaycanda saxlanılan rusiyalı jurnalistlərin azadlığa buraxılmasına çalışacaq".

aia.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-ə açıqlamasındsa deyib.

O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə bağlı sualı belə cavablandırıb: "Biz, əlbəttə ki, jurnalistlərimizin saxlanması ilə bağlı bu məlumatı çox diqqətlə izləyirik və təbii ki, ümid edirik ki, çox yaxın gələcəkdə Azərbaycan tərəfi ilə birbaşa təmaslar vasitəsilə onların azadlığa buraxılmasını təmin edə biləcəyik. Söhbət konkret olaraq jurnalistlərdən gedir.

Kreml ümid edir ki, Bakının bu cür emosional reaksiyası birbaşa ünsiyyətlə əvəzlənəcək və bu zaman bütün suallara cavablar veriləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2025