Azərbaycan bu gün enerji sahəsində təkcə regionun deyil, dünyanın etibarlı tərəfdaşlarındandır
Tarix: 01-07-2025 | Saat: 17:36
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan müstəqillik illərində energetika sahəsində mühüm inkişafa nail olub. 2003-cü ildən etibarən ölkədə enerji strategiyası ardıcıl şəkildə həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sistem demək olar ki, sıfırdan qurulub. Ölkədə köhnə elektrik stansiyaları əsaslı şəkildə təmir olunub. Yeni və müasir enerji obyektləri istifadəyə verilib. Mingəçevirdə açılan “8 Noyabr” Elektrik Stansiyası ölkənin ən güclü enerji obyektlərindən biridir. Onun 1880 meqavat gücü Azərbaycanın generasiya imkanlarını xeyli artırıb. Elektrik enerjisinin istehsalı daha səmərəli və qənaətcil formada təşkil edilib. Səmərəlilik 56 faizə çatdırılıb və ildə 1 milyard kubmetrədək təbii qaz qənaət olunur. Qazlaşdırma layihələri sayəsində ölkənin 96 faizindən çox ərazisi mavi yanacaqla təmin edilib. Eyni zamanda, Azərbaycan qaz ixracatçısı kimi beynəlxalq səviyyədə möhkəmlənib. TANAP və TAP layihələri sayəsində Avropa bazarına çıxış təmin olunub. Bərpa olunan enerji mənbələrinin inkişafı da diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan olunub. 2030-cu ilə qədər 6 500 meqavatlıq “yaşıl enerji” layihələri planlaşdırılır. Azərbaycan bu gün enerji sahəsində təkcə regionun deyil, dünyanın etibarlı tərəfdaşlarından biridir. Enerji infrastrukturu həm iqtisadi, həm də geosiyasi gücə çevrilib. Bu nailiyyətlər 20 ilin məqsədyönlü siyasətinin real nəticəsidir. Sıfırdan qurulan bu sistem bu gün müstəqil Azərbaycanın inkişafına xidmət edir.
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-07-2025