Mobil versiya
Azərbaycanın Energetika Siyasətində 20 İllik Uğur
Tarix: 01-07-2025 | Saat: 17:13
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın Energetika Siyasətində 20 İllik Uğur

Son 20 ildə Azərbaycan enerji sahəsində əhəmiyyətli nailiyyətlərə imza ataraq öz energetika sistemini demək olar ki, sıfırdan qurub. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bəri həyata keçirilən ardıcıl islahatlar və böyük infrastruktur layihələri nəticəsində ölkəmiz regionun enerji liderinə çevrilib. Bu dövr ərzində ölkənin elektrik enerjisi generasiya gücü 5 000 meqavatdan 9 000 meqavata qədər yüksəlib. Mingəçevirdə istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyası kimi müasir obyektlər enerji səmərəliliyini artırmaqla yanaşı, təbii qaz ehtiyatına da qənaət etməyə imkan verir. Qazlaşdırma səviyyəsi 96 faizdən çoxdur və Azərbaycan artıq təbii qazını Avropaya ixrac edən etibarlı tərəfdaşa çevrilib. Bərpa olunan enerji sahəsində də mühüm addımlar atılır – Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan olunub. Bu inkişaflar sübut edir ki, Azərbaycan yalnız daxili ehtiyacları deyil, həm də beynəlxalq enerji təhlükəsizliyini təmin edən ölkəyə çevrilmişdir.

Nicat Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2025