İtaliyanın baş naziri Meloni Qəzza ilə bağlı İsrailə cavabı: Bu, qəbuledilməz səviyyədədir
Tarix: 23-06-2025 | Saat: 21:10
Bölmə:Özəl | çapa göndər

İtaliyanın baş naziri Giorgia Meloni Yaxın Şərqdəki son hadisələri dəyərləndirib. İsraili sərt tənqid edən İtaliya lideri Meloni İsrailin Qəzzada "reaksiyasının qəbuledilməz həddə çatdığını" və atəşkəs istədiklərini bildirib.
Çıxışında Yaxın Şərqdəki hadisələrə geniş yer ayıran Meloni ABŞ-ın İranın 3 nüvə obyektinə hücumuna toxunaraq, bu hücumda ABŞ-ın İtaliyadakı bazalarından heç bir təyyarənin iştirak etmədiyini bildirib.
Meloni, "Biz İranın nüvə silahı ilə silahlanmasını çox təhlükəli hesab edirik. Bu, təkcə İsrail üçün həyati təhlükə deyil, həm də digər aktyorların nüvə silahı əldə etmək yarışına səbəb olacaq və bu, bizim üçün çox təhlükəli domino effekti ola bilər" dedi.
Meloni bölgədə sülhün təmin olunması üçün yalnız koordinasiyalı diplomatik fəaliyyətin təmin oluna biləcəyini ifadə edərək, "Qeyri-müəyyənlikləri və ziddiyyətli rəftarları bir kənara qoymağın vaxtıdır. İran bu gün mülki nüvə proqramı çərçivəsində Vaşinqtonla müqavilə bağlamaq fürsətindən istifadə etməli və bunun heç bir hərbi məqsəd daşımamasını təmin etməlidir" dedi.
Hörmüz boğazı ilə bağlı kritik prosesi də izlədiklərini ifadə edən Meloni, "Qlobal miqyasda neft və enerji qiymətlərini izləyirik, lakin hər halda İtaliyanın böhran vəziyyətində ehtiyac duyacağı enerji təchizatına sahib olması üçün lazımi tədbirləri aldıq" dedi.
Meloni qeyd edib ki, onlar Tehrandakı səfirliklərini müvəqqəti olaraq Omana köçürmək imkanını da nəzərdən keçirirlər.
"İtaliyanın indiki prioriteti Qəzzada atəşkəs və İranla danışıqların bərpasıdır" deyən Meloni, "İsrailin mənasız hücuma qanuni cavabının dramatik və qəbuledilməz səviyyələrə çatdığı Qəzzada atəşkəs tələbimizi vurğulayacağıq" dedi.
Baş nazir Meloni Qəzza zolağına daha çox yardım ayırmaqda qərarlı olduqlarını da qeyd edib.
Meloni İsrail-Fələstin məsələsində iki xalq və iki dövlət əsasında həllin tərəfdarı olduqlarını bildirib.
Yaxın Şərqdəki digər hadisələrə də toxunan Meloni dedi: "Fövqəladə vəziyyətdən kənara çıxanda, köklü şəkildə dəyişmiş Yaxın Şərq görürük. (Bəşər) Əsəd devrildi və Dəməşqdə yeni bir rəhbərlik var. Hizbullah zəiflədi və Livanda yeni bir administrasiya quruldu. Biz bu yeni administrasiyanı dəstəkləməliyik, çünki o, bir çox ölkədə yeni bir səhifə aça bilər. Həm Livanda, həm də Suriyada təkcə infrastrukturun deyil, həm də sosial quruluşun yenidən qurulması regionun uzunmüddətli balansı üçün həyati əhəmiyyət kəsb edir."
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-06-2025