Mobil versiya
İran Qətərə ballistik raketlər atıb
Tarix: 23-06-2025 | Saat: 21:05
Bölmə:Özəl | çapa göndər

İran Qətərə ballistik raketlər atıb
TASS xəbər verir ki, İran Qətərdəki ABŞ-ın Əl-Udeid aviabazasına zərbələr endirib.
Agentliyin məlumatına görə, İran ABŞ bazasına altı ballistik raket atıb. Onların hədəfə gəlib çatmaması barədə hələlik məlumat yoxdur, lakin Dohada partlayış səsləri eşidilib.

Bundan əvvəl Fox News bildirmişdi ki, ABŞ İranın Qətərdəki hərbi bazasına mümkün zərbə endirməsini “qaçılmaz təhlükə” hesab edir. Bunun fonunda Doha hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.

Xatırladaq ki, ABŞ iyunun 21-dən 22-nə keçən gecə İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. Tehran hücumu qəddar adlandırıb və cavab tədbirləri görəcəyini vəd edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2025