Mobil versiya
Qərb Çinin Rusiya ordusuna yardım etməkdə şübhələnir
Tarix: 20-06-2025 | Saat: 14:15
Bölmə:Özəl | çapa göndər

Qərb Çinin Rusiya ordusuna yardım etməkdə şübhələnir
Çin Ukrayna münaqişəsində Rusiyanın ən mühüm dəstəkçisi ola bilər. "The Economist" yazır ki, Ukrayna və Avropa rəsmiləri Pekinin Moskvanı pilotsuz təyyarələrin istehsalı üçün lazımi komponentlərlə təmin etdiyinə inanırlar.
Nəşr qeyd edir ki, iyunun 10-un ilk saatlarında Kiyevdə “demək olar ki, 500 pilotsuz uçan aparat buraxılıb” və Vladimir Zelenski ehtiyat edir ki, hazırkı istehsal tempini nəzərə alsaq, Rusiya tezliklə iki dəfə çox dronların iştirakı ilə zərbələr endirə biləcək.

Bütün bunların fonunda Ukraynanın Baş Kəşfiyyat İdarəsi iddia edir ki, Rusiya pilotsuz təyyarələri hazırda Çin komponentləri - antenalar, naviqasiya və idarəetmə elektronikası ilə təchiz olunub. Belə ki, modellərdən birinin qalıqlarını təhlil edərkən, Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, 15 elementdən yalnız ikisi amerikalı, qalanları isə çinli olub.

Məqalədə deyilir: “Çin Rusiya hərbi maşınının ən mühüm, bəlkə də həlledici tədarükçüsüdür.
Nəşrin Ukrayna və Avropa dairələrindəki mənbələri hesab edir ki, əgər Pekin əvvəllər Rusiyaya hərbi yardım göstərilməsi məsələsinə ehtiyatla yanaşırdısa, indi “xətti keçməyə” yaxındır. İlk növbədə, onların məlumatlarına görə, Pekin qlobal nitroselüloz bazarında üstünlük təşkil edən partlayıcı maddələrin istehsalına, həmçinin tıxaclara davamlı dronlarda istifadə olunan fiber optik kabellərin istehsalına kömək edir.

Eyni zamanda, mayın sonunda Ukrayna Xarici Kəşfiyyatının rəhbəri Oleh İvaşşenko açıq şəkildə bəyan etdi ki, Çin Rusiyaya hərbi sənaye üçün avadanlıqlar - dəzgahlardan tutmuş kimyəvi maddələrə və barıtlara qədər tədarük edir. Həmçinin, Ukrayna rəsmilərinin sözlərinə görə, ötən ilin sentyabrında Çin PUA-lar və onların komponentlərinə ixrac məhdudiyyətlərini sərtləşdirib, lakin yeni qaydalar seçmə şəkildə istifadə olunur.

"Rusiyaya kömək müqabilində Çin dəyərli təcrübə qazanır. Qərb rəsmiləri hesab edirlər ki, Rusiya və Çin Ukraynadakı döyüş meydanında ələ keçirilən Qərb texnologiyalarının mübadiləsi imkanlarını araşdırmaqda davam edirlər. Çin Amerikanın yüksək dəqiqlikli raketlərini və Avropa qanadlı raketlərini almaq istəyəcək", - məqalədə deyilir.
Xatırladaq ki, 2024-cü ildə Çinə səfəri zamanı ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonun Çinin guya Rusiya müdafiə sənayesinə dəstək verməsindən narahat olduğunu bildirmişdi. Bununla yanaşı, Pekin Rusiya ilə hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə rədd edib. Çin rəsmiləri Vaşinqtonu ritorikanı artırmamağa və əsassız ittihamlardan çəkinməyə çağırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025