Mobil versiya
ADA Universitetində mətbuatın 150 illiyi münasibətilə seminar keçirilib
Tarix: 19-06-2025 | Saat: 16:43
Bölmə:Media | çapa göndər

ADA Universitetində mətbuatın 150 illiyi münasibətilə seminar keçirilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminar keçirilib.

aia.az xəbər verir ki, seminarın açılış mərasimində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva universitetin fəaliyyəti, eləcə də media sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “Jurnalistikanın tarixi: Papirusdan kompüterə” mövzusunda çıxış edib. O, çıxışında dünya jurnalistikasının inkişaf tarixinə nəzər salaraq, bu sahənin formalaşmasında əsas mərhələləri, ilk qəzetlərin yaranması, jurnalistikanın müxtəlif konsepsiyaları və onların xüsusiyyətləri barədə ətraflı danışıb.

Tədbir çərçivəsində, həmçinin Azərbaycanda milli mətbuatın təşəkkülü, onun inkişaf mərhələləri, maarifçilik missiyası və bu sahədə medianın rolu da müzakirə olunub. Seminar iştirakçıları üçün müasir media mühitində media etikasının aktual məsələlərinə həsr olunmuş mühazirələr və praktiki məşğələlər (vörkşoplar) təşkil edilib.

“Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında təşkil olunan seminar iyunun 20-dək davam edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025