Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının fəalları ilə onlayn görüş keçirilib -Foto
Tarix: 11-06-2025 | Saat: 18:05
Bölmə:Siyasət | çapa göndər

11 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən partiyanın sosial şəbəkələrdə aktiv olan bir qrup fəalı ilə onlayn formatda görüş təşkil olunub. Görüşdə təşkilatın sosial mediada fəallıq göstərən üzvləri iştirak ediblər. Görüş zamanı əsas diqqət kommunikasiya və sosial media fəaliyyətlərinin təkmilləşdirilməsinə yönəldilib. AR SMM qrupunun fəaliyyəti və bu qrupun sosial mediada yaranan böhran vəziyyətlərinə operativ reaksiya vermək məqsədilə yaradıldığı vurğulanıb. Bütün fəalların bu qrupda təmsil olunmasının vacibliyi qeyd edilib.
Eyni zamanda aşağıdakı məsələlər iştirakçıların diqqətinə çatdırılıb:
• Dövlət siyasətinin sosial şəbəkələrdə təbliği işində daha fəal iştirak;
• “Yeni TV”nin hər gün yayımlanan canlı efirlərini izləmək və bu yayımı sosial mediada dəstəkləmək;
• “Twitter/X” platformasında ölkəmizin milli maraqlarının daim müdafiə olunması;
• Sosial şəbəkə profillərində izləyici sayının artırılması və keyfiyyətli paylaşım qaydalarına əməl olunması.
Görüş zamanı sosial media fəaliyyəti ilə bağlı mövcud nöqsanlar qeyd olunmuş və bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi tövsiyə edilmişdir. Həmçinin texniki məsələlər ətrafında fikir mübadiləsi aparılmış və iştirakçılara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verilmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2025