Ana Sayfa > Siyasət > Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən online görüş keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən online görüş keçirilib


11-06-2025, 18:05. Yazar: azer
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən online görüş keçirilib

11 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən partiyanın sosial şəbəkələrdə aktiv olan bir qrup fəalı ilə onlayn formatda görüş təşkil olunub. Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, partiyanın əməkdaşları və fəalları iştirak ediblər. Tədbir zamanı YAP Mərkəzi Aparatının verdiyi tapşırıq və tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb, ətraflı fikir mübadiləsi aparılıb. Rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursuna, eləcə də bu kursun layiqli davamçısı, partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin bənzərsiz siyasətinə sadiqliyin YAP-ın fəaliyyətinin əsas istiqaməti olduğunu vurğulayıb. O, həmçinin ölkədə və dünyada baş verən siyasi-sosial proseslərdə partiyanın fəal iştirakını xüsusi qeyd edib. Görüş zamanı əsas diqqət kommunikasiya və sosial media fəaliyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.
Görüş zamanı sosial media fəaliyyəti ilə bağlı mövcud çatışmazlıqlar da qeyd edilib və bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi tövsiyə olunub. Həmçinin texniki məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və iştirakçılara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verilib.
Geri dön