Mobil versiya
AFAD: Zəlzələ ilə bağlı açıqlama vermək səlahiyyətimiz var
Tarix: 12-06-2025 | Saat: 18:53
Bölmə:Özəl | çapa göndər

AFAD: Zəlzələ ilə bağlı açıqlama vermək səlahiyyətimiz var

Fəlakət və Fövqəladə Halların Rəhbərliyi (AFAD) bəzi zəlzələ tətbiqləri ilə bağlı açıqlama verib. Gerçəkliyi əks etdirməyən zəlzələ böyüklüyünün qorxu və panikaya səbəb olduğu ifadə edilən açıqlamada, "Bizim zəlzələ ilə bağlı açıqlama vermək səlahiyyətimiz var."
Açıqlamada AFAD-ın Türkiyədə zəlzələ müşahidə stansiyaları qurmaq və işlətmək, bu yolla əldə edilən məlumatlardan istifadə etmək və ictimaiyyətə açıqlama vermək səlahiyyətinin olduğu ifadə edilib və belə davam edib:

“AFAD olaraq ölkəmizdə qurulan 1200-dən çox zəlzələ müşahidə məntəqəsi ilə yer hərəkətlərini 7/24 izləyərək baş verən zəlzələləri qeydə alır, təhlil edir və ən təhlükəsiz məlumatları ictimaiyyətlə paylaşırıq.

Vətəndaşlarımızın səlahiyyətli qurumların açıqlamalarını nəzərə almalarını, dezinformasiya xarakterli xəbərlərə və yazılara etibar etməmələrini qətiyyətlə xatırladırıq.

Hörmətlə ictimaiyyətə elan edirik”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025