Qaregin təslim oldu: istefa veməyə HAZIRLAŞIR
Tarix: 11-06-2025 | Saat: 11:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Bütün ermənilərin katolikosu II Qaregin tezliklə istefa verəcək.
aia.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti Ermənistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin sözlərinə görə, hakim elita əmindir ki, katolikos tezliklə istefa verəcək.
"Qəzetimizin hökumətdəki mənbələri iddia edirlər ki, katolikosun başqa çıxış yolu yoxdur, o, Baş nazir Nikol Paşinyana təslim olmaq məcburiyyətində qalıb. Hökumət mənbələri deyirlər ki, təzyiqlər günbəgün artdıqca onun çıxış yolu olmayacaq”.
Bundan əvvəl Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
O, Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2025