Mobil versiya
Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!
Tarix: 03-06-2025 | Saat: 10:01
Bölmə:Özəl | çapa göndər

Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!

Laçında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan Zirvə görüşü yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də böyük rezonans doğurdu. Bu görüşün Laçında keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli bir mesajdır.

Pakistan coğrafi cəhətdən uzaq olsa da, siyasi, mədəni, mənəvi, hərbi və müdafiə baxımından bizə, həmçinin Türkiyəyə çox yaxındır.  Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu birlik, yaxınlıq və dostluq quruculuğa, inkişafa, sülhə xidmət etdiyini bir daha təsdiqləmiş oldu. İqtisadiyyat, müdafiə, nəqliyyat, ticarət, turizm, kənd təsərrüfatı və digər mühüm sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bu görüşdə bir daha vurğulandı. Hər üç liderin çıxışlarında dövlətlərimiz və xalqlarımız arasında olan bağları daha da möhkəmləndirməyin zəruriliyi xüsusi qeyd olundu.

Prezident İlham Əliyev Zirvə görüşündə həmçinin 1918-ci ilin 28 May tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi roluna diqqət çəkdi. Qərbi Zəngəzurun 1920-ci ilin noyabrında Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi və müstəqilliyimizin itirilməsi tarixi yaddaşda yaşadılır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan, qarşısına çıxan bütün çətinliklərə baxmayaraq, öz torpaqlarını geri qaytarmağı bacardı. 44 günlük müharibə nəticəsində ölkənin ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında isə suverenliyi tam bərpa olundu.

Laçında keçirilən Zirvə görüşündə çıxış edən Prezident Rəcəb Tayyib Erdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq qeyd etdi ki, Laçın görüşü Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Laçında belə bir mühüm tədbirdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu bildirdi. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad etməsini böyük tarixi uğur kimi dəyərləndirdi, şəhidlərin xatirəsini andı, qazilərə salamlarını çatdırdı, onlara Vətən müharibəsində göstərdikləri böyük şücaət və qəhrəmanlıqlara görə təşəkkürünü bildirdi.
Bizim gücümüz birliyimizdədir. Qələbə bizimlədir və həmişə bizimlə olacaq.

Ağaverdi Əliverdiyev,
YAP Qusar rayon təşkilatının əməkdaşı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə