Mobil versiya
Putin Yaponiyanın mərhum keçmiş baş nazirindən danışdı
Tarix: 29-05-2025 | Saat: 21:40
Bölmə:Özəl | çapa göndər

Putin Yaponiyanın mərhum keçmiş baş nazirindən danışdı

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Rusiya-Yaponiya münasibətlərinin tam bərpasını səmimiyyətlə istəyirdi. RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçmiş baş nazir Akie Abenin dul arvadı ilə görüşündə deyib.
"Sizin əriniz Rusiya-Yaponiya münasibətlərinin inkişafı üçün çox şey edib. (...) Mən gördüm ki, o, Rusiya-Yaponiya əməkdaşlığının tam bərpası üçün səmimiyyətlə çalışır və bunun üçün çox işlər görüb", - Rusiya lideri bildirib.
Rusiya prezidenti əlavə edib ki, Yaponiyanın keçmiş baş naziri ilə çox isti və mehriban şəxsi münasibətlər qurub.


2022-ci ilin iyulunda Şinzo Abe sui-qəsd cəhdindən sonra xəstəxanada öldü. Siyasətçinin 67 yaşı var idi. 41 yaşlı Tetsuya Yamaqaminin seçki mitinqində onu əldəqayırma ov tüfəngi ilə vurmasından sonra o, ağır vəziyyətdə Nara xəstəxanasına yerləşdirilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025