Mobil versiya
Zaxarovadan Makrona Çağırış
Tarix: 20-05-2025 | Saat: 16:32
Bölmə:Özəl | çapa göndər

Zaxarovadan  Makrona Çağırış

Fransa prezidenti Emmanuel Makron Fransanın xarici kəşfiyyat xidmətinin rəhbəri Nikolas Lernerin Rumıniyada keçiriləcək prezident seçkilərinə təsir etmək xahişi ilə Telegram messencerinin yaradıcısı Pavel Durova etdiyi müraciətlə bağlı izahat verməlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.


"Bunlar sızma deyil, bəzi anonim mənbələr deyil. Bu platformanı yaradan şəxsin açıq bəyanatıdır" dedi.

Zaxarova əlavə edib ki, Paris bu məsələyə aydınlıq gətirməlidir.


Bundan əvvəl Pavel Durov Fransa kəşfiyyatını Rumıniyadakı seçkilərə təsir etmək cəhdində ittiham edib. Amerikalı iş adamı İlon Mask Qərb kəşfiyyat orqanlarının tələbi ilə Durovun messencerdə rumın mühafizəkarlarının fəaliyyətini məhdudlaşdırmaqdan imtina etməsini dəstəkləyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2025