19 may - Türkiyənin qurtuluşu və istiqlalı uğrunda savaşa başladığı gün
Tarix: 19-05-2025 | Saat: 10:48
Bölmə:Özəl | çapa göndər

Türkiyə tarixinin önəmli günü hesab edilən 19 May - Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd edilir. Türkiyə Cümhuriyyətinin digər tarixi günləri kimi, bu gün də böyük öndər Atatürklə, onun türk milləti qarşısında misilsiz xidmətləri ilə bağlıdır. Eyni zamanda, bu günün əlahiddə özəlliyi də var. 19 may həm də Atatürkün doğum günü kimi qeyd olunur. Tale elə gətirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu, dünyanın ən görkəmli sərkərdə və dövlət xadimləri sırasında yer almış Atatürkün rəsmi doğum günü tarixə naməlum qalıb. Atatürk isə 19 mayı - Türkiyənin qurtuluşu və istiqlalı uğrunda savaşa başladığı günü özünün doğum günü olaraq xalqına, türk gəncliyinə və bütövlükdə tarixə ərməğan edib.
General Mustafa Kamal İstanbuldakı təslimçi hakimiyyətlə yolları ayırır. 1919-cu ilin mayın 16-da o, bir qrup silahdaşı ilə "Bandırma" adlı gəmidə İstanbulu gizlicə tərk edərək Samsuna gəlir. Burada mayın 19-da Qurtuluş savaşının başladığını elan edir. İstanbul hökuməti ona mane olmağa çalışsa da, Mustafa Kamal Paşa ordudakı vəzifələrindən istefa verdiyini bildirir. Həmin il dekabrın 27-də qoşunları ilə Ankaraya gəlib çıxan Mustafa Kamal bu şəhəri yeni Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan edir. Mustafa Kamal Paşa 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail olur. Ölkədə faktiki ikihakimiyyətlik - bir tərəfdə iflas etmiş imperatorluq hakimiyyəti, digər tərəfdə isə xalqın iradəsini bir yerə toplayaraq vətənin xilası uğrunda savaşan hərbçilər, Mustafa Kamal Paşanın komandanlığı altında təşəkkül tapan ordu vardı. 1921-ci il avqustun 22-də başlanan və sentyabrın 13-də qalibiyyətlə başa çatan Sakarya savaşı Türkiyə ordusunun gücünü nümayiş etdirir. Sakarya zəfərindən sonra TBMM Mustafa Kamala "Qazi" adı və marşal hərbi rütbəsi verir. Qurtuluş savaşının zirvə nöqtəsi isə 1922-ci ilin avqustundakı "Böyük Taarruz" ("Böyük Hücum") əməliyyatı olur. Avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Qazi Mustafa Kamal Paşanın əmri ilə düşmən üzərinə hücuma keçir. 30 avqustadək Eskişehir və Afyonu nəzarətə götürən türk qoşunları baş komandandan "Ordular, hədəfiniz Aralıq dənizidir!" əmrini alır. 15 günün içində türk ordusu 100 kilometr enində cəhbə boyunca 500-600 kilometr irəliləmiş, 150 minlik yunan ordusu darmadığın edilmişdi.
Türkiyə Cümhuriyyətinin ilk məhək daşının atıldığı 1919-cu ildə Mustafa Kamal 38 yaşında idi. Böyük öndər ömrünün 19 ilini XIX əsrdə, 19 ilini XX əsrdə yaşamışdı. İrəlidə ona biçilən ömür payının daha 19 ili vardı. Ümumiyyətlə, Mustafa Kamal Paşanın ömür yoluna nəzər salanda 19 rəqəmini diqqətdən qaçırmaq mümkün deyil. ABŞ-ın Portland Universitetinin professoru Əziz İnan Atatürkün həyatındakı tarix və rəqəmləri əsas götürərək, “19 May kodu”nu ortaya çıxarıb. İnan 19 May 2011-ci ilin Atatürkün 130-cu doğum günü olduğunu xatırladaraq, bu “kodu” da Atatürkə hədiyyə etdiyini bildirib. O, Atatürkün rəsmi ad günü qəbul edilən 19 May 1881, son doğum günü 19 May 1938 və ölüm günü olan 10 noyabr 1938 tarixlərinin hamısının cümə axşamına düşməsinə diqqət yetirib. Bundan əlavə, Mustafa Kamal Atatürkün adı da 19 hərfdən ibarətdir. O, 19-cu əsrin bitməsinə 19 il qalmış dünyaya gəlib. 19 May 1919-da Samsuna ayaq basaraq, “Qurtuluş Savaşı”nı başladıb. 1881, 1919 və 1938-ci illərin hamısı 19 rəqəmi ilə bağlıdır. Yəni, 1881 = 19 x 99, 1919 = 19 x 101 və 1938 = 19 x 102.
Mustafa Kamal Ataürk 10 noyabr 1938-ci ildə İstanbulda, Dolmabaxça sarayında vəfat edib. Məzarı Ankarada, Anıtqəbirdə yerləşir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-05-2025